Reklam
"Ay axşam ömrümün səhər günəşi, qaytar payızımdan bahara məni..."- Bu gün Məmməd Aslanın 80 yaşı olur
23-12-2019 11:42
Bu gün Türk dünyasının böyük şairi, varlığı ilə sözə bağlı, təpədən-dırnağa SÖZ adam Məmməd Aslanın doğum günüdü. Yaşasaydı 80 illik yubileyini qeyd edəcəkdi... təəssüf ki, bu günü onsuz qeyd edirik. Ruhu şad olsun Uca Şairin!
Məmməd Aslan 1939-cu il dekabın 23-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır(1957-1962).
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir.1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur.
Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Mirzalıyevin "Bu bağda bülbüllər ötər"(1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır."Şöhrət" ordeni ilə təltif edilmişdir (2000).
Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat etmişdir. Masazır qəbiristanlığında dəfn olunmuşdur.
Dalidag.az mərhum şairin ümman poeziyasından nümunələr təqdim edir:
NİYƏ İTİRDİN MƏNİ
Bir dəli rüzgara kökləndi könlüm,
Bilmirəm aparır,bu,hara məni.
Ay axşam ömrümün səhər günəşi,
Qaytar payızımdan bahara məni.
Yenə gözlərindən irağa düşdüm,
Bir yanar səhratək qurağa düşdüm,
İtirdim özümü,sorağa düşdüm,
Gətirdi həsrətin zinhara məni.
Ətək sən olardın,əl mən olardım,
Yanaq sən olardın,tel mən olardım,
Dilində ən şirin kəlmən olardım,
Sən hara itirdin,sən hara məni.
Məmməd xəyalınla min il qızınmış,
İnsanın ömründən eşqi uzunmuş,
Ürəyim arxanca körpə quzunmuş,
Gah itir gözündən,gah ara məni.
SƏN DEMƏ
Sən elə gözəlsən, elə göyçəksən,
Görüb gül üzünü, gül dandı könlüm.
Çiçək sözlərini yağdır üstümə,
Çiçəkli sözünə güldandı könlüm.
İntizar çəkməkdən min dağım çökdü,
Yolunmuş çəmənim ləçək-ləçəkdi,
Bu qədər ağrını-acını çəkdi,
Yenə xəyalınla ballandı könlüm.
Köhlən bildiyimiz, demə, yedəkmiş,
O şirin şərbətin bircə qədəhmiş...
Sözün də çiçəktək ömrü gödəkmiş,
Çiçək sözlərinə aldandı könlüm.
BU AXŞAMÜSTÜ
Sıxlaşır ömrümün ala - toranı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Ovuda bilmərəm bu heyranlığı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Payızdan könlümə çiskin çökəndi,
Səninçin gül olan mənə tikəndi,
Madam gediləsi yollar tükəndi,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Mənim iradəmə arzular dustaq,
Ərşə ucalarıq, bu hirsi udsaq.
Min həsrət doğular - bir addım atsaq,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Qırıldı günlərin nizam qoşunu,
Nə gedib, nə qalıb…bilir yaş onu.
Sabahsız bir axşam kəsib qarşını,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Həsrətin bayıla, bayılda məni,
Bayıldıb… təzədən ayılda məni,
Çətin yarıdarsan bu yolda məni,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Tale öz vaxtında gərək yetirə…
İnsana çətindi: tapa, itirə.
Mənə əzab qalar, sənə xatirə,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Daşa «göyər!» desən əlbət, göyərər,
Gözündə bu dünya Məmməd göyərər.
Könlünə nə səpsən, həsrət göyərər,
Niyə qarşılaşdıq bu axşamüstü?!
DƏRDDAŞIM DAĞLAR
Sizsiz yaşamağım - zindan əzabı;
Əgər yaşadığım yaşamaqdısa...
Fələklə könlümün qəmxarlığı var,
Göylərin gözündən yaşım axdısa.
Çiçək açmalıydı daşda diləyim;
Çiynimə qonmamış uçdu mələyim.
Hansı mərtəbədən, məqamdan deyim,
Təmələ hördüyüm daşım axdısa...
Mənimlə danışdı dağın hər daşı;
Sirr tutan dağların Məmməd - sirdaşı.
Bir kömək ummadan dərdini daşı,
Məqsədin dağ yükü daşımaqdısa.
SÖZÜN XƏTRİNƏ
Üçəm nida ilə bitirdim sözü,
Ölgün deyilən söz sədasız qalar.
Ədalı işlərdə çəki-düzən var,
Mitillər, məğmunlar ədasız qalar.
Sözü söz kimi de, hədəfə çatsın.
Arif kimsələrin döşünə yatsın!
İldırım çaxırsa, bir daş qopartsın,
Təsirsiz deyilən nidasız qalar.
Ömrüm bir gündən də kəm olur-olsun!
Nakəslər qəsdimə cəm olur-olsun!
Kimsəyə baş əyməm, kim olur-olsun!
Gedərəm, imanım xətasız qalar!
MƏNİM
Əlvan gül dənizi, çiçək dənizi,
Ətirli dalğalar dizimdən mənim.
Getməz bu yerlərin göyçək dənizi,
Ürəyimdən mənim, gözümdən mənim.
Yamacı çağırdım, dağı səslədim,
Cavab gələr deyə ümid bəslədim.
Bir çoşub-çağlayan nəğmə istədim:
Kəkliklər çıxmadı sözümdən mənim.
Yönəldim bulağa bir qurtum içim,
Yamac fərşə döndü, gül əlçim-əlçim.
Mən necə tapdayım, mən necə keçim,
Min naxış pozular izimdən mənim.
Qurşağı çəmənə sancılıb göyün,
Çiçəklər nazəndə, quşlar ərköyün.
Ürəyim yaylaqda itibdi bu gün,
Xəbərim olmayıb özümdən mənim.
TANIMADIN BƏS MƏNİ
Kaş biləsən qəlbən necə istərəm,
Məndən xəfif inciməni,küsməni.
Ürəyimin tellərində gizlərəm,
Yarpaq kimi nazlı-nazlı əsməni.
Meh olmuşam, öyrənmişəm çəm indi,
Səndən ayrı ta etmərəm qəm indi,
Heç demirsən bu çağırış kimindi,
Hardan səslər belə tanış səs məni.
Hər səninlə öpüşdükcə bulaqlar,
Duymursanmı bu öpüşdə nəsə var,
O Məmməddi, çeşmə kimi çağlayar,
Pıçıltımdan tanımadın bəs məni?
YAXŞI Kİ
Çəni tapan gündən kəsilib ağrım,
Könülümü göynədən bir intizarmış.
Mən elə bilirdim buza dönmüşəm,
Sən demə,sinəmdə tonqal yanarmış.
Günləri aylara zorla düyərdim,
Ömrün çiçək fəsli keçdi deyərdim,
Qurumuşdum,ülfətindən göyərdim,
Xoş gün görən kimi ürək baharmış.
Arxanca dünyanı gəzərdi Məmməd,
Yandı hicranına,közərdi Məmməd,
Pislərin əlindən bezərdi Məmməd,
Yaxşı ki,dünyada yaxşılar varmış.
ƏS, BAHAR NƏFƏSLİM
Sən mənə ömürsən,sən mənə bahar,
Sən elə bilmə ki,sən sənsən elə.
Çəmənin çiçəyi nəyimə gərək,
Mənə bənövşəsən,süsənsən elə.
Bir zərif qönçədən dodağın zərif,
Yanağında qoşa ulduz közərib,
Yanında laləyə söylədim tərif,
O vaxtdan inciyib küsənsən elə.
Tələs,harayıma çatmağa tələs,
Tez çatsan,qəm mənə girişə bilməz,
Əs,bahar nəfəslim,ürəyimə əs,
Haçandı bir əsim əsənsən elə.
KAŞ Kİ
Kaş ki bu xəyala o vaxt düşəydin,
Ömrümün bəxtəvər çağıydı onda.
Uğruma qəmlərdən qabaq düşəydin,
Gözlərin ömrümə yağıydı onda.
Yönü belə qəmədimi bu dağlar?,
Qəmə batma demədimi bu dağlar?,
Sənsiz qalan ümidimi bu dağlar,
Udub da üstümə şaxıdı onda.
O vaxtlar qəlbimə bir ay doğardı,
Üstümə nur yağar,ümid yağardı,
Darılmaz səbrimə dərya sığardı,
Ləşkər arzularım sağıydı onda.
Gözündə güləsi bir səhər idim,
Mən necə nurluydum,nə təhər idim,
Hələ yazılmamış bir dəftər idim,
Şehli gümanlarım ağıydı onda.
Arxanca çırpınıb sındı qanadım,
Polad sərtliyindən düşdü inadım,
Dünənimlə bu günümü qınadım,
Ürəyim dözümdə dağıydı onda.
Məmməd Aslan
Dalidag.az
Məmməd Aslan 1939-cu il dekabın 23-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır(1957-1962).
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir.1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur.
Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Mirzalıyevin "Bu bağda bülbüllər ötər"(1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır."Şöhrət" ordeni ilə təltif edilmişdir (2000).
Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat etmişdir. Masazır qəbiristanlığında dəfn olunmuşdur.
Dalidag.az mərhum şairin ümman poeziyasından nümunələr təqdim edir:
NİYƏ İTİRDİN MƏNİ
Bir dəli rüzgara kökləndi könlüm,
Bilmirəm aparır,bu,hara məni.
Ay axşam ömrümün səhər günəşi,
Qaytar payızımdan bahara məni.
Yenə gözlərindən irağa düşdüm,
Bir yanar səhratək qurağa düşdüm,
İtirdim özümü,sorağa düşdüm,
Gətirdi həsrətin zinhara məni.
Ətək sən olardın,əl mən olardım,
Yanaq sən olardın,tel mən olardım,
Dilində ən şirin kəlmən olardım,
Sən hara itirdin,sən hara məni.
Məmməd xəyalınla min il qızınmış,
İnsanın ömründən eşqi uzunmuş,
Ürəyim arxanca körpə quzunmuş,
Gah itir gözündən,gah ara məni.
SƏN DEMƏ
Sən elə gözəlsən, elə göyçəksən,
Görüb gül üzünü, gül dandı könlüm.
Çiçək sözlərini yağdır üstümə,
Çiçəkli sözünə güldandı könlüm.
İntizar çəkməkdən min dağım çökdü,
Yolunmuş çəmənim ləçək-ləçəkdi,
Bu qədər ağrını-acını çəkdi,
Yenə xəyalınla ballandı könlüm.
Köhlən bildiyimiz, demə, yedəkmiş,
O şirin şərbətin bircə qədəhmiş...
Sözün də çiçəktək ömrü gödəkmiş,
Çiçək sözlərinə aldandı könlüm.
BU AXŞAMÜSTÜ
Sıxlaşır ömrümün ala - toranı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Ovuda bilmərəm bu heyranlığı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Payızdan könlümə çiskin çökəndi,
Səninçin gül olan mənə tikəndi,
Madam gediləsi yollar tükəndi,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Mənim iradəmə arzular dustaq,
Ərşə ucalarıq, bu hirsi udsaq.
Min həsrət doğular - bir addım atsaq,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Qırıldı günlərin nizam qoşunu,
Nə gedib, nə qalıb…bilir yaş onu.
Sabahsız bir axşam kəsib qarşını,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Həsrətin bayıla, bayılda məni,
Bayıldıb… təzədən ayılda məni,
Çətin yarıdarsan bu yolda məni,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Tale öz vaxtında gərək yetirə…
İnsana çətindi: tapa, itirə.
Mənə əzab qalar, sənə xatirə,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Daşa «göyər!» desən əlbət, göyərər,
Gözündə bu dünya Məmməd göyərər.
Könlünə nə səpsən, həsrət göyərər,
Niyə qarşılaşdıq bu axşamüstü?!
DƏRDDAŞIM DAĞLAR
Sizsiz yaşamağım - zindan əzabı;
Əgər yaşadığım yaşamaqdısa...
Fələklə könlümün qəmxarlığı var,
Göylərin gözündən yaşım axdısa.
Çiçək açmalıydı daşda diləyim;
Çiynimə qonmamış uçdu mələyim.
Hansı mərtəbədən, məqamdan deyim,
Təmələ hördüyüm daşım axdısa...
Mənimlə danışdı dağın hər daşı;
Sirr tutan dağların Məmməd - sirdaşı.
Bir kömək ummadan dərdini daşı,
Məqsədin dağ yükü daşımaqdısa.
SÖZÜN XƏTRİNƏ
Üçəm nida ilə bitirdim sözü,
Ölgün deyilən söz sədasız qalar.
Ədalı işlərdə çəki-düzən var,
Mitillər, məğmunlar ədasız qalar.
Sözü söz kimi de, hədəfə çatsın.
Arif kimsələrin döşünə yatsın!
İldırım çaxırsa, bir daş qopartsın,
Təsirsiz deyilən nidasız qalar.
Ömrüm bir gündən də kəm olur-olsun!
Nakəslər qəsdimə cəm olur-olsun!
Kimsəyə baş əyməm, kim olur-olsun!
Gedərəm, imanım xətasız qalar!
MƏNİM
Əlvan gül dənizi, çiçək dənizi,
Ətirli dalğalar dizimdən mənim.
Getməz bu yerlərin göyçək dənizi,
Ürəyimdən mənim, gözümdən mənim.
Yamacı çağırdım, dağı səslədim,
Cavab gələr deyə ümid bəslədim.
Bir çoşub-çağlayan nəğmə istədim:
Kəkliklər çıxmadı sözümdən mənim.
Yönəldim bulağa bir qurtum içim,
Yamac fərşə döndü, gül əlçim-əlçim.
Mən necə tapdayım, mən necə keçim,
Min naxış pozular izimdən mənim.
Qurşağı çəmənə sancılıb göyün,
Çiçəklər nazəndə, quşlar ərköyün.
Ürəyim yaylaqda itibdi bu gün,
Xəbərim olmayıb özümdən mənim.
TANIMADIN BƏS MƏNİ
Kaş biləsən qəlbən necə istərəm,
Məndən xəfif inciməni,küsməni.
Ürəyimin tellərində gizlərəm,
Yarpaq kimi nazlı-nazlı əsməni.
Meh olmuşam, öyrənmişəm çəm indi,
Səndən ayrı ta etmərəm qəm indi,
Heç demirsən bu çağırış kimindi,
Hardan səslər belə tanış səs məni.
Hər səninlə öpüşdükcə bulaqlar,
Duymursanmı bu öpüşdə nəsə var,
O Məmməddi, çeşmə kimi çağlayar,
Pıçıltımdan tanımadın bəs məni?
YAXŞI Kİ
Çəni tapan gündən kəsilib ağrım,
Könülümü göynədən bir intizarmış.
Mən elə bilirdim buza dönmüşəm,
Sən demə,sinəmdə tonqal yanarmış.
Günləri aylara zorla düyərdim,
Ömrün çiçək fəsli keçdi deyərdim,
Qurumuşdum,ülfətindən göyərdim,
Xoş gün görən kimi ürək baharmış.
Arxanca dünyanı gəzərdi Məmməd,
Yandı hicranına,közərdi Məmməd,
Pislərin əlindən bezərdi Məmməd,
Yaxşı ki,dünyada yaxşılar varmış.
ƏS, BAHAR NƏFƏSLİM
Sən mənə ömürsən,sən mənə bahar,
Sən elə bilmə ki,sən sənsən elə.
Çəmənin çiçəyi nəyimə gərək,
Mənə bənövşəsən,süsənsən elə.
Bir zərif qönçədən dodağın zərif,
Yanağında qoşa ulduz közərib,
Yanında laləyə söylədim tərif,
O vaxtdan inciyib küsənsən elə.
Tələs,harayıma çatmağa tələs,
Tez çatsan,qəm mənə girişə bilməz,
Əs,bahar nəfəslim,ürəyimə əs,
Haçandı bir əsim əsənsən elə.
KAŞ Kİ
Kaş ki bu xəyala o vaxt düşəydin,
Ömrümün bəxtəvər çağıydı onda.
Uğruma qəmlərdən qabaq düşəydin,
Gözlərin ömrümə yağıydı onda.
Yönü belə qəmədimi bu dağlar?,
Qəmə batma demədimi bu dağlar?,
Sənsiz qalan ümidimi bu dağlar,
Udub da üstümə şaxıdı onda.
O vaxtlar qəlbimə bir ay doğardı,
Üstümə nur yağar,ümid yağardı,
Darılmaz səbrimə dərya sığardı,
Ləşkər arzularım sağıydı onda.
Gözündə güləsi bir səhər idim,
Mən necə nurluydum,nə təhər idim,
Hələ yazılmamış bir dəftər idim,
Şehli gümanlarım ağıydı onda.
Arxanca çırpınıb sındı qanadım,
Polad sərtliyindən düşdü inadım,
Dünənimlə bu günümü qınadım,
Ürəyim dözümdə dağıydı onda.
Məmməd Aslan
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 23-12-2019 11:42
Baxış sayı: 3828
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23