Dekabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan israilli jurnalist Larri Luksner ilə görüşüb. Qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdundan didərgin düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi qaçqınlıq və köçkünlük problemi və onun həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Onların daimi yaşayış yerlərini təcavüzkar Ermənistanın uzun illərdir

Bakı Dövlət Universitetinin (BDU) professoru, görkəmli alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü münasibətlə BDU-nun Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının qarşısında barelyefi açılıb. Rektor Elçin Babayev çıxış edərək Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb. Alimin həyatının böyük hissəsinin

Dekabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz

"Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ili başa çatmaqdadır”. Dalidag.az xəbər veir ki, bu sözlər Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edən bir qrup ziyalının müraciətində yer alır. Müraciətin mətnini olduğu kimi təqdim edirik: "100 illik”lə bağlı ümidlər və təntənələrdən sonrakı müddət ərzində bu ümidlərin nə dərəcədə doğrulduğu, təntənələrin isə nə qədər "təntənəli” olduğu haqda düşünməyə kifayət qədər vaxtımız vardı. "Nələr” etdiyimizlə yanaşı, nələri "edə

XX əsrin əvvəllərində ABŞ-da uşaqları poçtla göndərirdilər. Buna səbəb həmin xidmətin dəyərinin bir dollardan az olması və qatar qiymətindən 10 dəfə ucuz başa gəlməsi idi. Göndəriləcək uşağı xüsusi poçt çantasına qoyur, paltarına möhür vurur və nəzərdə tutulan ünvana çatdırılırdı. Yol boyu isə poçt kuryerləri uşaqların qayğısına qalırdı. 1913-cü ildə ABŞ-da “Poçt haqqında qanun” qüvvəyə mindi. Bu qanun ölkə iqtisadiyyatı üçün yaxşı stimul oldu. Amerikalılar poçt vasitəsilə ərzaq, paltar, buğda,

Edqar Allan Ponun portretlərilə indi Amerikanın hər yerində — kitab mağazalarının divarlarında, pivə şüşələrində… — qarşılaşmaq olar. Amma bu, həmişə belə olmayıb. Dünyanın ən müxtəlif dillərinə tərcümə edilən Amerika yazıçısı öləndə cibində siçanlar oynayırdı, özünü isə doğma vətənində adam yerinə qoymurdular. Edqar Po ədəbiyyat ikonasına çevrilməsi üçün fransızlara borcludur. Edqar Allan Po sirli və qaranlıq ədəbiyyatın banilərindəndir, onun qorxulu hekayə və şeirləri ağır ab-hava yaradır,

Azərbaycanın əlində Ermənistana qarşı tutarlı əsas var və Dağlıq Qarabağ münaqişəsinin həllini məhz ondan başlamaq lazımdır: birinci növbədə mübahisə predmeti olmayan Azərbaycanın yeddi rayonunun işğaldan azad edilməsi məsələsini qaldırmaq lazımdır. Bu barədə Rusiyada yayımlanan Patriot TV-nin "Siyasət" verilişində Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev deyib. Onun

“Azərbaycan nəşriyyatı”nın baş redaktoru, Əməkdar jurnalist, tanınmış naşir Əlövsət Ağalarov beynəlxalq mükafata layiq görülüb. Dalidag.az xəbər verir ki, Ə.Ağalarov Türkiyədə fəaliyyət göstərən İpəkyolu Strateji Araşdırmalar Mərkəzi və beynəlxalq “Türksoy” jurnalı tərəfindən “Türk dünyasına xidmət” medalı və xüsusi diplomu ilə təltif edilib. Mükafat dekabrın 16-da Bakıda – Park İNN otelində keçirilən təntənəli mərasimdə təqdim edilib. Mərasimdə çıxış edən İpəkyolu Strateji Araşdırmalar
Yazı axını
 
29 / 04 / 2024