Reklam
Dövlət Komitəsində israilli jurnalistlə görüş olub
17-12-2019 17:30
Dekabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan israilli jurnalist Larri Luksner ilə görüşüb. Qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdundan didərgin düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi qaçqınlıq və köçkünlük problemi və onun həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Onların daimi yaşayış yerlərini təcavüzkar Ermənistanın uzun illərdir işğal altında saxladığı, həmin ərazilərdə xalqımıza məxsus maddi-mənəvi irsi talan etdiyi bildirilib.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 26-27 il bundan əvvəl işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi dörd qətnamə hələ də yerinə yetirilməyib. Azərbaycanın ədalətli mövqeyi bir çox beynəlxalq təşkilatlar tərəfindən dəstəklənsə də, təəssüf ki, ümumilikdə dünya birliyi işğalçı dövlətə qarşı indiyədək heç bir təsirli tədbir görməyib. Münaqişənin dinc vasitələrlə tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun təklif və təşəbbüsləri isə Ermənistan hakimiyyətinin qeyri-konstruktivliyi nəticəsində səmərəsiz qalmaqdadır.
Dövlət Komitəsinin sədri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında və münaqişənin səbəbləri barədə obyektiv beynəlxalq ictimai rəyin formalaşmasında nüfuzlu jurnalistlərin və kütləvi informasiya vasitələrinin vacib rol oynadığını diqqətə çatdırıb.
Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin, əsasən, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına yönəldiyi bildirilib. Qaçqınlar və məcburi köçkünlər üçün indiyədək 106 qəsəbənin salındığı, 300 mindən çox məcburi köçkünə yeni ev və mənzillərin verildiyi qeyd edilib.
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Həmçinin özəl sektorun da bu sahədə dövlət siyasətinə dəstək verdiyi, yeni yaşayış kompleksləri inşa etdiyi bildirilib .
Dövlət Komitəsinin sədri israilli jurnalistin suallarını cavablandırıb.
Larri Luksner səmimi görüşə görə təşəkkürünü bildirib. Bundan öncə də Azərbaycanda səfərdə olduğunu deyən qonaq paytaxt Bakının sürətlə dəyişdiyini və müasirləşdiyini qeyd edib. O, həmçinin qaçqınlar və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasətinin təqdirəlayiq olduğunu da vurğulayıb.
Daha sonra israilli jurnalist Larri Luksner Yasamal rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada və Abşeron rayonunun
Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində və məktəbdə vəziyyətlə tanış olub, məcburi köçkünlərlə müsahibə xarakterli söhbət edib.
Dalidag.az



Kateqoriya: Karusel / Sosium
Tarix: 17-12-2019 17:30
Baxış sayı: 2515Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















