Reklam
Poçtla göndərilən uşaqlar
17-12-2019 13:12
Göndəriləcək uşağı xüsusi poçt çantasına qoyur, paltarına möhür vurur və nəzərdə tutulan ünvana çatdırılırdı. Yol boyu isə poçt kuryerləri uşaqların qayğısına qalırdı.
1913-cü ildə ABŞ-da “Poçt haqqında qanun” qüvvəyə mindi. Bu qanun ölkə iqtisadiyyatı üçün yaxşı stimul oldu. Amerikalılar poçt vasitəsilə ərzaq, paltar, buğda, tütün və dərman ala bilirdilər. Amma qanunvericilik hər şeyi düşünmədiyi üçün hiyləgər iqtisadçilar bundan istifadə etdilər.
Poçt çəkisi 22.68 kq-a qədər olan canlıları da çatdıra bilirdi. Bu ona görə edilmişdi ki, kənd sakinləri poçtla ev quşları göndərə bilsinlər. Amma formal olaraq şərtlər balaca uşaqlara da uyğun gəlirdi.
1913-cü ilin yanvar ayında Biql ailəsi kənd poçtu ilə övladlarını nənələrinin yanına göndərdilər. Xidmətdən istifadə onlara 15 sentə başa gəldi. Yük isə 50 dollara sığortalanmışdı. Bu, poçt vasitəsilə göndərilən ilk uşaq idi. 27 yanvar tarixində isə Savis ailəsi də Pensilvaniyadan qızlarını Şarpsvill şəhərinə göndərdilər. Bu xidmət onlara 45 sentə başa gəldi.
1913-cü ildə bu halı qadağan etmək istədilər və uşaqların heyvan olmadığını bildirdilər. Amma yenə də valideynlər uşaqlarını poçtla göndərməyə davam edirdilər.
1914-cü ildə ABŞ-ın baş poçtmeysteri general Albert Sidney Berlizon poçt işçilərinə uşaq daşımağı qadağan edən qanunu qəbul etdi. Göndərişin qanunla qadağan olunmasına baxmayaraq, amerikalılar 1920-ci ilə qədər uşaqlarını poçt vasitəsilə göndərməyə davam etdilər.
Azərpoçt MMC
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 17-12-2019 13:12
Baxış sayı: 2505
Yazı axını
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
Ən çox oxunanlar