Reklam
Qarabağla bağlı film təqdim olunacaq- 2 dildə
20-12-2019 18:16
Dekabrın 25-i saat 15:00-da “Holiday İnn Baku Hotel”də “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi türk və fransız dillərində ictimaiyyətə təqdim olunacaq.Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Tədbirdə həmçinin “Zəngilan - virtual səyahət” 3D qrafik təsvirli filmin və “Virtual Qarabağ” tərəfindən nümayiş olunan Qarabağ mövzusundakı kontentlərin də təqdimatı olacaq.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 20-12-2019 18:16
Baxış sayı: 2575Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























