Reklam
Daşkənddə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş poeziya axşamı keçirilib
09-12-2019 22:06
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Canımı qıldım fəda...” adlı poeziya axşamı keçirilib.
Dalidag.az-ın məlumatına görə tədbir çərçivəsində Mədəniyyət Mərkəzi tərəfindən elan olunan “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə Özbəkistanın və Azərbaycanın tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimləri, nəsimişünas alimləri iştirak edib.
Tədbir çərçivəsində mərkəzin foyesində “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərgi nümayiş etdirilib.
AMM-nin direktoru Samir Abbasov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması ilə əlaqədar Daşkənddə böyük şairin həyatına və yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirilir. Bu ilin may ayında “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsi elan edilib. Müsabiqəyə hər iki ölkə şairlərinin Nəsimi üslubunda yazdıqları şeirlər təqdim olunub. Toplanmış şeirlər əsasında “Menga sig‘ar ikki jahon (she’rlar)” adlı kitab çap edilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva İmadəddin Nəsiminin həyatı, yaradıcılığı, mühiti haqqında söhbət açıb. Alim deyib ki, Nəsimi böyük şair olmaqla yanaşı, həm də təfsirçidir, alimdir, musiqini gözəl anlayan və musiqi alətlərində ifa edən şəxsdir. Hürufi, sufi şeyxi kimi tanınan şairin sağlığında onun şeirləri dünyanın dörd tərəfinə yayılıb. Şairin yaradıcılığından Özbəkistan şairləri də bəhrələnib. Lütfi, Hafiz Xarəzmi, Əlişir Nəvai, Hüseyn Baykara, Babur Şah, Məşrəb və başqa şairlər Nəsiminin şeirlərindən bəhrələnərək ona nəzirələr yazıblar.
Alim və tərcüməçi Babaxan Şərif, dosent Adxambek Alimbekov, filologiya elmləri namizədi Kərimulla Məmmədzadə, gənc şair Fərid Hüseyn, Azərbaycanın İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov Nəsimini hürufi və sufi şairi, hədislərin gözəl bilicisi kimi təhlil ediblər.
Sonra “Menga sig‘ar ikki jahon (she’rlar)” adlı kitabın təqdimatı olub, “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin Özbəkistan və Azərbaycandan olan qaliblərinə AMM-nin fəxri diplomları və pul mükafatları verilib.
Nəsiminin “Məndə sığar iki cahan” adlı şeirinə Azərbaycan əsilli müğənni Sami Yusifin oxuduğu kompozisiya göstərildikdən sonra Özbəkistanın Əməkdar artisti, professor Fizruzə Abduraximovanın rəhbərliyi ilə “Soqdiana” xalq çalğı alətləri orkestri Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.
Dalidag.az
Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 09-12-2019 22:06
Baxış sayı: 3567
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23