Reklam

Əlövsət Ağalarov:"Bu sahədə kəlbəcərlilərin bəxti gətirib..."
09-12-2019 16:23

Dalidag.az xəbər verir ki, bunu Əməkdar jurnalist, AJB və AYB-nin üzvü Əlövsət Ağalarov söyləyib. Ə.Ağalarov fikrini belə davam etdirib: "Əzizlərim, siz düşündüyünüz qədər sadə, asan bir iş deyil deputatlıq. Bəlkə də, deputat sözü adi bir termin kimi cəlbedici, gəl-gəl deyən gözəl təsiri bağışlayır. Amma əsl mahiyyəti Millət vəkili olan bu sözün arxasında yuxusuz gecələr(gecənin bir aləmində yataqxanada işıq söndü, gəl, xəstəxanaya ağır xəstə gətiriblər, gəl, polis tökülüb bizi gecə saat3-də sığındığımız sığınacaqdan çıxarır, gəl), ağır məhrumiyyətlər, dözüm, səbr, dəyanət və çooox böyük ürək dayanmalı olduğu hər adamın daşıyası yük deyil! Beş illik və ondan da bir neçə dəfə çox olan müddətdə minlərlə dəfə belə hadisələrlə üzləşən adam kimi deyə bilərəm ki, bu ağır yük hər adamın daşıyacağı yük deyil! İnsaf naminə deyim ki, bu sahədə kəlbəcərlilərin bəxti bir az gətirib. Az-çox mən də bir işə yaradım və məndən sonra Cavid Qurbanov çox böyük kömək etdi camaatımıza. İndi deputatlıq eşqinə düşən eloğullarıma demək istəyirəm: əgər Cavid müəllim namizədliyini verməyəcəksə və kimsə bu eşqin alovuyla alışıb yanırsa, bir kəlbəcərli məclisi təşkil edin, üzdə olan ağsaqqal-qarasaqqalın, ziyalıların iştirakıyla(əmioğlu məclisi adı da qoya bilərsiniz) səmimi, konyukturadan uzaq müzakirə, fikir mübadiləsi aparın, həmən o namizədləri dinləyin, indiyədək sizlər üçün nə etdiklərini və nə edəcəklərini soruşun. Əllərini Kəlbəcər adıyla qazandıqları var-dövlətinin yox, ürəklərinin üstünə qoyub and içsinlər ki, kəlbəcərlilərin ağası yox, sözün əsl mənasında nökəri olacaq və bundan sonra əgər sizlərin etimadını, inamını qazanacaqsa, namizədliyini irəli sürsün!"
Dalidag.az



Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
