Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda daha bir itki ilə üzləşib. Ermənistan KİV-i bildirir ki, dekabrın 2-də saat 06:50-də hərbi hissələrdən birində hələ ki məlum olmayan səbəbdən atışma baş verib. Nəticədə 21 yaşlı Artur Adjamyan ölümcül güllə yarası alıb, 20 yaşlı David Melikbekyan isə yaralanıb. Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Dalidag.az

“İslahatçı Gənclər” İctimai Birliyi Editor.az İnformasiya Portalı ilə birlikdə 2019-cu ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə virtual sorğuları davam etdirir. Bu çərçivədə ölkəmizin ali qanunverici orqanı olan Milli Məclisin deputatlarının fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənmək məqsədi ilə keçirilən virtual sorğu başa çatıb. 18 noyabr-30 noyabr 2019-cu il tarixlərini əhatə edən virtual

Mən bir insanın digər bir ictimai və ya siyasi xadim haqqında tənqid yazmasının qətiyyən əleyhinə deyiləm. Dəlidağ.az bildirir ki, sosial şəbəkədə özünü siyasi mühacir kimi təqdim edən Süleyman Süleymanlı adlı biri, kəlbəcərli ziyalılar barədə xoşagəlməyən, təhqiramiz fikirlər söyləyib. Əslən Kəlbəcərdən olan vəkil Əziz Qənbərin ziyalılarımızı müdafiə edən fikirlərini təqdim edirik: "Bu tənqid təhqirə keçməyincə bunu fikir və düşüncə azadlığı kimi qəbul edirəm. Lakin mənfisi və ya müsbəti ilə

Temur Abazov işə və evinə daha çox ictimai nəqliyyat vasitəsi ilə gedir. O sadə həyat tərzi ilə diqqət çəkir. Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı Temur Abazov sadə həyat tərzi ilə diqqət çəkir. Dalidag.az baku.ws-ə istinadən verdiy məlumatıba görə, Temur Abazov işə və evinə daha çox ictimai nəqliyyat vasitəsi ilə gedir. İcra başçısının xalqın içində olması Gürcüstanda təqdirə layiq addım olaraq qəbul edilir. Qeyd edək ki, Teymur Abbasov 1981-ci il dekabrın

Y axşı geyinməyi xoşlasam da adətən başqalarının geyimlərinin düzgün tikilib-tikilmədiyinə o qədər fikir vermirəm. Amma bir axşam, bir ziyafət zamanı Milanda bir evdə tanıdığım, qırx yaşlarında görünən bir kişi paltarının sadə gözəlliyi ilə tam mənada çevrəsinə işıq saçırdı. Kim olduğunu bilmirdim, ilk dəfəydi qarşılaşırdım,tanış edildiyimiz zaman bu vəziyyətlərdə həmişə olduğu kimi adının mənasını başa düşə bilməmişdim.Amma gecə boyunca bir ara yan-yana düşdük və bir az danışdıq. Seçkin,

Bu gün görkəmli Azərbaycan şairi Məmməd Arazın cismani yoxluğunun 15-ci ili tamam olur. İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991) 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

Filosof Atlantida barəsində qeydlərini belə yekunlaşdırır:"Dəhşətli zəlzələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur". Platona inanmaq olarmı? Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq çökmə o qədər də dərin

Sumqayıtda Özbəkistan Yazıçılar Birliyinin üzvləri, özbək şairləri Oktamay Xaldarova və Gülçöhrə Şahəddinqızı ilə görüş keçirilib. Dalidag.az -ın məlumatına görə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, Filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətovanın dəvətilə Azərbaycana təşrif buyurmuş ədiblərlə görüş Sumqayıt "Poeziya Evi"ndə baş tutub. Görüşdə Sumqayıt ədəbi mühitinin tanınmış simaları, jurnalistlər və digər

Bu həftə çox dolğun və gərgin elmi günlər yaşadım. Belə ki, 25 noyabr tarixində TN yanında İctimai Şuranın üzvləri ilə birlikdə fəaliyyət planını hazırladıq. Həftənin ikinci günü (noyabrın 26-da) Bakı Dövlət Universitetinin 100 illik yübleyi tədbirində iştirak etdim. Xaricdə yaşayan alim dostlarımı və tələbələrimi görməkdən məmun oldum. BDU -100 münasibəti ilə ölkə prezidentinin çıxışını dinlədim, elm və təhsil üçün faydalı fikirləri qeyd etdim. Ölkə prezidenti tərəfindən mükafatlandırılmış

«İnsan yalnız ölümə yaltaqlana bilmir…» İtin dediklərindən Jurnalistlik fakültəsinin birinci kursunda oxuyurdum. Sentyabrın əvvəlləri idi. Günortaüstü dərsimiz qurtaran kimi özümü verdim universitetin yaxınlığındakı redaksiyaya, düz baş redaktorun otağına girdim. - Jurnalistəm, - dedim, sonra salam da verdim. Baş redaktor məni təpədən dırnağa süzüb, - məqalə gətirmisən? – dedi. - Yox… - Bəs onda nəyə gəlmisən? - İstəyirəm ki, sizin qəzetlə əməkdaşlıq eliyəm… sonra da yavaş-yavaş gedəm qabağa.
Yazı axını
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024