Reklam
Özbək şairləri Sumqayıtda- "Poeziya Evi"ndə görüş -ŞƏKİLLƏR
01-12-2019 16:25

Sumqayıtda Özbəkistan Yazıçılar Birliyinin üzvləri, özbək şairləri Oktamay Xaldarova və Gülçöhrə Şahəddinqızı ilə görüş keçirilib.
Dalidag.az-ın məlumatına görə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, Filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətovanın dəvətilə Azərbaycana təşrif buyurmuş ədiblərlə görüş Sumqayıt "Poeziya Evi"ndə baş tutub. Görüşdə Sumqayıt ədəbi mühitinin tanınmış simaları, jurnalistlər və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə "Poeziya Evi"nin direktoru,şair-tərcüməçi İbrahim İlyaslı açaraq qonaqları salamladı, özbək şairləri auditoriyaya təqdim etdikdən sonra Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında geniş məlumat verdi. O bildirdi ki, soy-kökü eyni olan millətin birliyi üçün ədəbiyyat, poeziya ən yaxşı təbliğat vasitəsidir. Və bu yöndə görülən işlər qarşılıqlı olmalıdır. Sonra İ.İlyaslı Oktamay Xaldarova və Gülçöhrə Şahabəddinqızına "Poeziya Evi"nin fəxri qonağı diplomunu təqdim etdi.


Daha sonra çıxışçı sözü Almaz Ülvi Binnətovaya verdi və bildirdi ki, ədəbi əlaqələrin qurulmasında, qarşılıqlı təbliğat işlərinin aparılmasında Almaz xanımın əməyi əvəzsizdir. A.Binnətova çıxış edərək, qonaq şairlər haqqında geniş məlumat verdi, onların Azərbaycana olan sevgisindən,ədəbi əlaqələrin genişlənməsi və ədəbiyyat adına gördükləri işlərdən danışdı. Almaz xanım qeyd etdi ki, bizim ədəbi, ictimai əlaqələr təkcə fərdi qaydada deyil, dövlət səviyyəsində qurulur. Qarşılıqlı əlaqələr var və bunun davam etməsi, genişlənməsi üçün çalışmalıyıq. Natiq onu da xüsusi vurğuladı ki, Özbəkistan dövlətinin Qarabağa görə işğalçı Ermənistan dövləti ilə bu günə qədər heç bir siyasi, iqtisadi və digər əlaqə qurmaması qardaş ölkənin hər zaman bizim yanımızda olmasının sübutudur.

Qələm adamlarından, Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Qənirə Mehdixanlı, Gülnarə Camaləddin, Süleyman Hüseynov, Namiq Məna, Eldar Hüseynov, Xatirə Fərəcli, Nazilə Gültac, Almaz Sahilə, Namiq Dəlidağlı, Lilpar Cəmşidqızı, Xan Rəsuloğlu, Sevinc Qərib, Ədalət Nicat, Nahidə Xaqaniqızı, Aygün Hacıyeva, Elbrus Qayalı, Kəramət Əmirli, Hikmət Fərzəli, Akif Yolçu, Elvin Əlizadə və başqaları şıxış edərək, qonaqlara xoş gəldin etdilər və öz şeirlərindən nümunələr səsləndirərək tədbirə rəng qatdılar. Çıxış edənlər bu cür ədəbi görüşlərin keçirilməsinin əhəmiyyətini və vacibliyini vurğuladılar.
Tədbir boyunca qonaq şairlərin özbək, türk, həm də Azərbaycan dilində şeirləri dinlənildi və alqışlarla qarşılandı.


Sonda qonaq şairlər görüşdən çox məmnun qaldıqlarını bildirərək, "Poeziya Evi"nin rəhbərliyinə və görüşə gələn hər kəsə təşəkkür etdilər. İ.İLyaslı da öz növbəsində Oktamay Xaldarovaya, Gülçöhrə Şahabəddinqızına və bu görüşə vasitəçi olan Almaz xanıma, eyni zamanda bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Xatirə şəkilləri çəkdirildi.
Sevinc Qərib
Dalidag.az
Şəkilləri foto-repartyor Şakir Rəhman çəkib





















Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 01-12-2019 16:25
Baxış sayı: 31 124Yazı axını
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
Ən çox oxunanlar










.jpg)

















