R.Rzayev qeyd edib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli prioritet məsələ olmaqla yanaşı, bu gün əsas məqsəd və hədəf yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizi doğma torpaqlarımıza - Qarabağa qaytarmaqdır 5 dekabr - Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində fəaliyyət göstərən könüllü gənclərlə görüş keçirilib. Dalidag.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev könüllü gəncləri qəbul

"Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm" "Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi “hamının hamıya” prinsipi əsasında azad etməkdən inadla imtina edir". Dalidag.az xəbər verir ki, bunu Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində həll olunmamış

"...Sevmə ağılsız sevgini, Ağla ağrısız sevgini. Dilsiz-ağızsız sevginin Ağrısı gözə çəkilir..." Dalidag.az Firuzə Məmmədlinin şeirlərini təqdim dir: İLLƏRİN Birdən-birə nə düşmüşdü yadına, Vərəqlədin keçmişini illərin. Saydın, seçdin, seçmələdin nə yaxşı Əllisini, yetmişini illərin... Bu seçdiyin ürəyincə deyilsə, Ələ gələn gərəyincə deyilsə, Donluq olub, çörəyincə deyilsə, Nə gəzirsən itmişini illərin??? Nəyi vardı xəlbirlədin, ələdin, Acısını, şirininə caladın. Çagaydımı laylaladın,

Əli və Nino — ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 27 dilinə tərcümə edilən məhəbbət romanıdır. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm,

“Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Rusiyanın “kiçik addımlarla” Azərbaycan və Ermənistanın yaxınlaşması planı müzakirə edildi”. Dalidag.az xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Nəşrin iddiasına görə, sözügedən planın bir hissəsi artıq yerinə yetirilib – uzun illərdən sonra iki ölkədən olan jurnalistlərin qarşılıqlı səfəri baş tutub. “Kommersant”ın məlumatına görə, hazırda ictimaiyyət və mədəniyyət

Klassik fizikanın əsasını qoymuş İsaak Nyuto n bir gün Kral cəmiyyətindən məktub alır. Bu məktubda İsaak Nyuton bir məsələni həll etmək tapşırığını alır. Bir neçə ay ərzində Böyük Britaniya alimlərinin «baş sındırdıqları» məsələ əyrinin nöqtələrindən ona toxunan çəkmək idi. Məsələni səhər tezdən almış Nyuton çarpayının kənarında oturaraq fikrə dalır. Nahar vaxtına qədər hərəkətsiz və həyatdan tam təcrid olunmuş halda qalan İsaak Nyuton məsələnin nəinki tam həllini tapır, o həmçinin diferensial

Marneulidən olan etnik azərbaycanlı gənc Gülgün Məmmədxanova Tbilisidə keçirilən qısametrajlı film festivalının qalibi olub. Dalidag.az xəbər verir ki, festivala hər biri maksimum 90 saniyədən ibarət olan 130 film təqdim edilib. G. Məmmədxanovanın "16 yaşlı arvad" adlı filmi finala vəsiqə qazanan 30 film arasında yer alıb. Bu gün Tbilisidəki "Amirani" kinoteatrında baş tutan finalda isə film birinci yerə layiq görülüb. Qısametrajlı film Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA) etnik azlıqlar

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Brüsselə səfəri başlayıb. İcma səfər çərçivəsində bir sıra görüşlər keçirməyi planlaşdırıb. Dalidag.az xəbər verir ki, qurum rəsmisi Əhməd Mahmudov bildirib ki, icma üzvləri bu gün bir sıra görüşlər keçirəcək, Azərbaycan həqiqətləri barədə bir sıra məlumatlar veriləcək: "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Brüsselə səfəri başlayıb. Burda keçirəcəyimiz görüşlərin Los-Anceles və Ankaradakı uğurlarmızın davamı olacağına əminəm. Erməni

Milli Məclisin üzvü Cavid Qurbanov Kəlbəcər rayonundan olan fiziki məhdudiyyətli istedadlı insanlarla görüşüb. Dalidag.az xəbər verir ki, görüşdə 10-a yaxın şəxs iştirak edib. Millət vəkili xüsusi diqqətə ehtiyacı olan şəxslərin sosial qayğıları ilə maraqlanıb. Görüş iştirakçılarını narahat edən məsələlərlə bağlı qeydlər aparılıb. Həmin çətinliklərin qısa müddətdə aradan qaldırılacağı bildirilib. Görüşdə ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan
Yazı axını