Reklam
Professor Şahlar Əsgərovun ötən həftəsi- Alimin gündəliyi
01-12-2019 14:12
Bu həftə çox dolğun və gərgin elmi günlər yaşadım.Belə ki, 25 noyabr tarixində TN yanında İctimai Şuranın üzvləri ilə birlikdə fəaliyyət planını hazırladıq.
Həftənin ikinci günü (noyabrın 26-da) Bakı Dövlət Universitetinin 100 illik yübleyi tədbirində iştirak etdim. Xaricdə yaşayan alim dostlarımı və tələbələrimi görməkdən məmun oldum. BDU -100 münasibəti ilə ölkə prezidentinin çıxışını dinlədim, elm və təhsil üçün faydalı fikirləri qeyd etdim. Ölkə prezidenti tərəfindən mükafatlandırılmış universitet alimlərini, müəllimlərini və əməkdaşlarını təbrik etdim. Günün 2-ci yarısında “Elm və Təhsilin İnteqrasiyası" ilə bağlı beynəlxalq konfransda iştirak etdim. Konfransda cəmi 11 məruzə dinlənildi. Məruzəçilər əsasən qonaqlar idi. Konfransın birinci hissəsində BDU-dan prof. Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), ikinci hissəsində isə mən məruzə etməklə mükafatlandırıldım. Mən bunu çox böyük etimad sayıram. Məruzəmin adı: “The unity of Education and Science within Natural and Technical Sciences at Baku State University”. Məruzədə təhsil, elm və texnologiyanın iqtisadi tərəqqidə rolunu 10 slayd ilə təqdim etdim. Slaydların birində vurğulandı ki, iqtisadi inkişafa təsir edən ən güclü faktor texnologiyadır. Texnologiyadan asılı olaraq tərəqqinin iki yolu var. Birinci (Sinqapur və Cənubi Koreya) yolu: texnologiyanı xaricdən almaq, daxildə hüququn aliliyini təmin etməklə, rəqabət mühiti yaratmaq zəruridir. Bu halda elmdən çox, güclü TƏHSİLƏ ehtiyac böyükdür. İkinci yol: (Qərb dövlətlərinin seçdiyi yoldur): Elmə böyük pul (UDM -un 5% qədər) xərcləmək, yüksək texnologiya yaratmaq və tərəqqi etmək. Bu halda həm güclü TƏHSİLƏ, həm də cüclü ELMƏ ehtiyac böyükdür.
Həftənin üçüncü günü (27.11.19) AMEA -nı İctimai elmlər bölümünün iclasında iştirak etdim. İclası akademik İsa Həbibbəyli aparırdı və ilin elmi yekenları müzakirə olunurdu. Direktorlar hesabat verdilər. Mən də enerjinin ictimai həyatda rolu haqda məlumat verdim. Niyə 15 ərəb ölkələrindən beşi , (Qatar, BƏƏ, Kuveyt və dig.) "cənnətdə", üçü isə (Sudan və Yemən) -pis gündə yaşayır?- sualına cavab verdim.
Həftənin beşinci günü (noyabrın 29-da) Azərbaycan İlahiyyət İnstitutunun ev sahibliyi ilə «Müasir İslam Dünyasında Elm və texnologiya» adlı konfransda “ Müasir İslam Dünyasında Elm və texnologiya» mövzusunda məruzə ilə çıxış etdim. Məruzənin mərkəzi bəndi: “ iqtisadiyyatın açarı texnikada, texnikanın açarı texnologiyada, texnologiyanın açarı elmdədir, elmin açarı isə təhsildədir"- ifadəsi oldu. Son sözüm isə bu oldu:”Düşüncəni dəyişmək vaxtıdır. Keçmişin kölgəsində yatmayaq, irəliyə baxmaq lazımdır”.
Şahlar Əsgərov, professor,
ictimai-siyasi xadim
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 01-12-2019 14:12
Baxış sayı: 3738Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















