Qoy özümü gendə görüm, Bəlkə yağış, gün də görüm... Bir iş tapşır, mən də görüm, - Nə vaxtdır bekaram, Allah. Dalidag.az Elman Tovuzun şeirlərini təqdim edir: QAYITMA Özün də bilmirsən bu nə dərd idi - Mən üzə çıxıram, sənsə batırsan… Nə oldu: tapanda – gözü dörd idin, Atanda – gözünü yumub atırsan? Bu boyda günahı üstünə yığıb - Bu ürək indicə daş olar, qorxma… Yanına düşmüşəm – yadından çıxıb, Gedərəm, yanın da boşalar, qorxma… İsti nəfəs, – deyə axtarma hədər, Qar düşər başımı qatdığın yerə.

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlər üçün növbəti əmək yarmarkası Bakının Xəzər rayonunun Kürdəxanı qəsəbəsində keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri ölkədə məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması, maddi rifah halının yüksəldilməsidir. Birinci vitse-prezident xanım

Musiqidəki riyazi sirri kəşf edərək yazıya tökmənin ilk təməli Pifagor tərəfindən atılmışdır. Biz özünü məktəb sıralarından o məşhur dik üçbucaq teoremi ilə xatırlayarıq amma Pifagor indiki vaxtda çatdığımız elm səviyyəsinin atasıdır. O öz dövrünə qədər inkişaf etmiş bütün işləri bir intizam altında yığmış həndəsə, arifmetik, astronomiya, coğrafiya, musiqi və təbiət məlumatı olaraq ayrı-ayrı elm sahələri yaratmışdır. Pifagor elmi, elm üçün düşünür, elmin tətbiq etmək onu maraqlandırmırdı. Bu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Dalidağ.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən

Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə

Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olan ədəbi nəslin ən istedadlı nümayəndələrindən sayılan, ilk qələm təcrübələrindən öz yolunu, poetik mənini uğurla təsdiq edən şair Məmməd Aslan ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamıdır. O, çoxşaxəli ədəbi-bədii yaradıcılığı ilə ədəbi dilimizin və poeziyamızın zənginləşməsində böyük xidmətlər göstərmişdir. Uzun və zəngin bir yaradıcılıq yolu keçmiş ədib poeziya yaradıcılığı ilə paralel olaraq bədii publisistika sahəsində də

Dalidag.az Təranə Vahidin bir hekayəsini təqdim edir: VAĞZALDAKI QARI O , hər gün evdən çıxıb Vətənini axtarmağa gedirdi... Bir-birlərini yaxından görməsələr, səslərini eşitməsələr də, onlar çoxdanın, lap çoxdanın tanışı idilər. Vağzalda aralarından dərin bir dəmir yolu xətti şütüyüb keçirdi. Dəmir yolunun sağında yaşı bəlli olmayan, saqqallı, iki ayağı dizdən aşağı kəsilmiş və bunun ucbatından ömürlük əlil arabasına məhkum olunmuş keçmiş döyüşçü idi. Hər səhər buruqsaçlı bir oğlan

Bu gün Türk dünyasının böyük şairi, varlığı ilə sözə bağlı, təpədən-dırnağa SÖZ adam Məmməd Aslanın doğum günüdü. Yaşasaydı 80 illik yubileyini qeyd edəcəkdi... təəssüf ki, bu günü onsuz qeyd edirik. Ruhu şad olsun Uca Şairin! Məmməd Aslan 1939-cu il dekabın 23-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə

Milyonçu Freddi Fiqqersin həyatı nağılı xatırladır. 1989-cu ildə ABŞ-ın Florida ştatında dünyaya göz açan körpəni anası zibilliyə atır. O vaxt qadının ağlına da gəlmir ki, bu körpəni necə bir gələcək gözləyir. “World of Buzz” milyonçunun həyatı haqqında məlumat yayıb. Çarəsiz körpəni yoldan keçənlər görür və polisə xəbər edirlər. Uşaq xəstəxanaya yerləşdirilir, daha sonra isə bir ailəyə övladlığa verilir. Figgers ailəsi uşağa Freddi adını verir. Uşaq özünü dərk edəndən sonra onu övladlığa

Bəşəriyyətin kosmos macərasındakı ilk dayanacaq sayıla biləcək olan təbii peykimiz Ay üzərindəki araşdırmalar davam edir. Ay üzərində iş görən ölkələrdən biri olan Çin isə, Ayda ən uzun müddət işləyən vasitə rekordunu qırmağı bacardı. Dalidag.az deyerler.org-a istinadən bildirir ki, planetimizin təbii peyki olan Ay, insanlığın kosmosa açılmasındakı ilk dayanacaq sayıla bilər. Bu baxımdan da olduqca əhəmiyyət ifadə edən Ayın digər planetlərə görə bizə daha yaxın olması da elm insanlarının
Yazı axını
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024