Çox yorma özünü, ha yaz, ha oxu, Öz başı çəkməsə, anlamaz çoxu... Bir yuxu istərəm, əbədi yuxu, Ölüb qollarında uyacaq qədər.. Dalidag.az mərhum gənc şair Şaiq Sadıqzadənin şeirlərini təqdim edir: ANA Sən oğul doğmadın şeir yazmağa, Bəlkə arzuların çox idi ana. Alnıma yazılan bəxti pozmağa, Bəs niyə pozanın yox idi ana ?! Mənim hər ağrımı kəsdi qucağın, Yuxusuz gecələr min əcir oldu. Vətənsiz böyüdüm, isti qucağın, Mənə vətən oldu, Kəlbəcər oldu. Bəd söz eşitmədim sənin dilindən, Həmişə hamıya

Dekabrın 27-də Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib. Dalidag.az xəbər verir ki, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak edib. Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndi şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Dalidag.az -ın məlumatına görə tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, Qarabağ müharibəsi veteranları, əslən Xankəndidən olan ziyalılar və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad

“Qurban оlum pir sana! Nə yatıbsan, dursana!” Mirzə Cavad bərk yоrulmuş, hıqqına-hıqqına qapıdan evinə daxil оlub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qоydu. Bir dəsmala da bağlı üç-dörd kitab pəncərənin taxtasının üstünə qоyub, özünü yıxdı оcağın qırağına. Arvad əlində tоxuduğu cоrabı atıb, qalxdı ərinin başı altına bir mütəkkə qоydu. Mirzə başını mütəkkənin üstünə qоyub uzanmaqda оlsun, biz də оnun kim оlduğunu nəql edək. Mirzə Cavad küçə mirzəsi idi. Böyük şəhərlərdə,

Müasir Ermənistan nasistlərlə əlbir olmuş Njde və Dro ilə yanaşı, sovet əsgəri İvan Baqramyanın da ünvanına alqış yağdırır. Sovet tarixşünasları Baqramyanın bioqrafiyasının bir sıra xoş olmayan faktlarını gizlədib. Dalidag.az xəbər verir ki, Orlovsk Dövlət Universitetinin 2011-ci ildə dərc edilən “Marşal İ.X.Baqramyanın karyerasının saxtalıqları” adlı araşdırmasında onun bioqrafiyasının bir çox detalları nəzərdən keçirilir. Orada Rusiya imperiyasının süqutundan sonra daşnak ordusunda xidmət

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Dalidag.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən

Məmməd Aslan haqqında çox eşitmişdim! İlk görüşümüz isə, mənim hələ dünyaya, Səriyyə xalanın qəzet-jurnal köşkünün, sanki avropaya açılan pəncərəsindən içəri boylanan vaxtlar oldu. İndi düşünürəm ki, o vaxtlar rəhmətlik, yaşına, müəllimliyinə, şairliyinə ümumiyyətlə ziyalılığına xələl gətirə biləcək və ona yaraşan uzun saçlarını, sovetlər rejimində necə qoruyub saxlıyırdı? Əgər görüşümüz baş tutsaydı, ilk sualım ona bu olacaqdı. Təəssüflər!! Deyirəm uşaqlıq...Gəldim sevincək evə, dedim ki,

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. BQXK-nın Bakı nümayəndəliyindən bildirilib ki, saxlanılmış şəxslərlə bağlı bütün məsələlər tərəflərlə konfidensial ikitərəfli dialoq formasında müzakirə olunur. “Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçilik fəaliyyəti çərçivəsində tərəflərin razılığı əsasında, onlara saxlanılmış şəxslərin öz

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində nəşr edilmiş “Vətən, Bayraq, Millət” şeirlər antologiyasının fiziki imkanları məhdud istedadlı şəxslərin iştirakı ilə təqdimat tədbiri keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə əlilliyi olan şəxslərin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müəsissələrinin sakinlərinin əl işləri də təqdim edilib. Tədbir “Azərbaycan üçün oxu” layihəsi çərçivəsində xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında hazırlanmış

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib. Dalidag.az xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək dövlətimiz tərəfindən yazıçının irsinə göstərilən diqqətdən danışıb. Bildirib ki, Azərbaycanda dahi şəxsiyyətlərə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin görkəmli şəxslərlə əlaqədar verdiyi sərəncamlara əsasən bu il Cəfər Cabbarlı, Mikayıl Müşfiq,
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024