Reklam
BQXK-dən Dilqəm və Şahbaza ailəsinin baş çəkəcəyi ilə bağlı məlumatlara münasibət
26-12-2019 18:18
BQXK-nın Bakı nümayəndəliyindən bildirilib ki, saxlanılmış şəxslərlə bağlı bütün məsələlər tərəflərlə konfidensial ikitərəfli dialoq formasında müzakirə olunur.
“Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçilik fəaliyyəti çərçivəsində tərəflərin razılığı əsasında, onlara saxlanılmış şəxslərin öz ailələri ilə əlaqələrinin keyfiyyətinin artırılmasında dəstək göstərməyə hazırdır. Komitə mandatı çərçivəsində saxlanılan şəxslərə baş çəkir, həmin şəxslərin saxlanılma şəraitini, onlarla rəftarı yoxlayır və ailələri ilə əlaqə yaratmağa dəstək göstərir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, son günlər Ermənistan kütləvi informasiya vasitələrində Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda danışıqların aparılması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilir ki, danışıqlar artıq yekunlaşmaq üzrədir.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D. Əsgərov və Azərbaycan vətəndaşı Ş. Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 26-12-2019 18:18
Baxış sayı: 3628Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar






























