Reklam
Kəmalə Abiyeva:"İstədim gözümə yıxılan gecə səhərə ümidlə boylansın bir az..." -ŞEİRLƏR
21-12-2019 15:11
...Saçımı,başımı qocaltdı illər,
Sənlə dolu qəlbim qocalmadı ki.
Bir az da yaşımı qocaltdı illər,
Sənə olan sevgim qocalmadı ki...
Dalidag.az Kəmalə Abiyevanın şeirlərini təqdim edir:
MƏNİ BAĞIŞLAMA
Nə olsun qayıtdım, əlindən tutdum
Nə olsun ki sənə”bağışla” dedim.
bağışlama məni, qurbanın olum,
Məni bağışlama, qoy çıxım gedim.
Baxma sevgi dolu baxışlarınla,
Mən sənin dünyanı yıxıb getmişəm.
Sən həsrət qaldığın baxışlarıma
Özgə bir həsrəti yığıb getmişəm.
Sənin üzündəki qəmin izləri
mənim üzümdəki qəmdən dərindi.
Ağarmış saçların, nəmli gözlərin
Qatili olduğum ayın – ilindi.
Ömründə yer vermə, indi sən məni
ölən arzuların qoy arasına .
Mənim öz dünyam var qoy çıxım gedim,
gedim xəyalların xarabasına.
Bağışlama məni, başına dönüm,
Bir də bu yaralar köz bağlamaz ki.
qoy öz günahımın oduna yanım,
cəzam günahımdan ağır olmaz ki...
Ömrün baharı da qarlı qış oldu
Bir də o bahara dönə bilmərik.
Bağışlama məni, qurbanın olum,
biz xoşbəxt hekayə yaza bilmədik.
GETMƏ DEMƏDİM
Mən "getmə” demədim sənə bir zaman,
Nə də yollarını kəsmədim sənin.
Vaz keçə bilmədim öz qürurumdan
Nə də ki arxanca gəlmədim sənin.
İndi nə fərqi ki, günahkar kimdi,
İllər o günahın üstündən keçib.
Qəm yüklü, dərd yüklü bir qatar kimi
o günah qəlbimin üstündən keçib.
Günahkar axtarıb yorma özünü
axtarma gerçəyin yalan üzünü
Ya mənə, ya sənə bəraət vermək
ölən arzuların nəyinə gərək?
Xoşbəxt olmadıq ki, nə sən, nə də mən
Arzusuz,ümidsiz gəzirik indi.
Indi gerçəyimiz saçımızda dən,
arxadan boylanan gəncliyimizdi.
DARIXDIM
Darıxdım anidən,
səbəbini bilmədən.
Məsələn, bir azca qar yağsaydı,
bir azca hava qızsaydı - deyən,
havasını tapmayan kimi darıxdım.
Bir içim su, bir udum havaya möhtac kimi,
Bir parça çörəyə ac kimi darıxdım.
Ürəyimdən keçənlərə susmaq,
susa bilməmək qədər darıxdım.
Sakitcə ağac altda oturmaq,
Gözün görənə baxmaq arzusu,
Getməyə bir yerin,
anlayacaq biri yoxdu duyğusu,
səhər həsrəti,
gecə uyğusu qədər darıxdım.
Ölənlərlə ölmək,
Qalanlarla yaşamaq qorxusu qədər
darıxdım...
NEYNƏDİM
Mən səni sevməkdən özgə neynədim,
Adını öldürdün dilimdə mənim.
Qoruya bilmədim əllərini mən,
əlini öldürdün əlimdə mənim.
Min rəngdə görürdüm sənlə dünyanı,
Dünyam al-əlvandı gözündə sənin.
Rəngini itirdin bütün dünyamın,
Gözünü öldürdün gözümdə mənim.
Qoruyardım səni bil ki, hər kəsdən,
Alınmaz qalaydı sənli ürəyim.
Qoruya bilmədim səni özündən,
Özünü öldürdün özümdə mənim.
Əllərim əlinə yetərmi bir də
ya dartım uzadım, ya kəsim dibdən?
Hayanda olmanın nə önəmi var?
Gözlərim baxsa da görərmi bir də?
Rəngli nə vardısa tapmazsan daha,
Rəngsizcə gözümdən töküldü getdi.
Daş üstə daşmı var, axtarsan da ha
O qala ürəyim söküldü getdi...
***
Təsəlli tapardım xatirələrdə
Səni bircə anlıq unuda bilsəm.
İndi ovunmayır xatirələr də
Gəl ovut onları ovuda bilsən.
Nələri, nələri aparıb getdin,
Gülüş həsrət qaldı dodaqlarıma.
Könlümün odunu qoparıb getdin,
baxışın iz saldı yanaqlarıma.
Nələri,nələri qıydın ömrümə
Əlinin yanğısı əlimdə qaldı.
Gözünün qarası hopdu günümə
Adının həsrəti dilimdə qaldı.
Belə səxavətli bilmirdim səni,
Bir ömürlük sevgi qoyub getdin sən.
Demirəm xatırla,xatırla məni,
Unut bircə anlıq,unuda bilsən.
DARIXACAQSAN
Bir səhər qapını külək döyəcək,
Ümidlə qapıya boylanacaqsan.
Addım səslərinə möhtac yollartək
Bir səhər mənimçün darıxacaqsan.
Bir axşam aynanda yağış dinəcək
Sən də o yağışa qoşulacaqsan.
Kövrəlib pəncərə şüşələritək
Bir axşam mənimçün darıxacaqsan.
Sığınıb qəlbinin döyüntüsünə,
küləyin səsinə, yağış səsinə
hər səhər mənimçün darıxacaqsan
hər axşam mənimçün darıxacaqsan...
Hər səhər bir axşam ömrü bitəcək,
hər axşam bir səhər ömrü bitəcək.
Beləcə hər günlə ömür ötəcək
Bir ömür mənimçün darıxacaqsan,
Bir ömür səninçün darıxacağam.
***
Ay göyün yaxasın açmışdı yenə
həsrətlə boylandı aya ümidim.
Bu gecə göylərdən ayın yerinə
bir az ümidimi asmaq istədim.
Bu gecə darıxdım ulduzlar kimi
bu gecə göylərdən asılıb qaldım.
Ovuda bilmədim öz ürəyimi
eləcə gecəyə qısılıb qaldım.
Darıxdım bir azca küləklər kimi
Bir nəğmə oxumaq istədim yenə.
Göylərin əlləri yağışlar kimi
Bir azca toxunmaq istədim sənə.
İstədim həsrətli darıxan gecə
ümid işığına boyansın bir az.
İstədim gözümə yıxılan gecə
səhərə ümidlə boylansın bir az.
SON SEVGİMSƏN
İlk sevdiyim deyilsən sən.
Sənə qədər nəyi sevdim, kimi sevdim
bilmirəm mən.
Sənə qədər səndən ötə sevdim bəlkə
ipək donlu gəlinciyi,
bər –bəzəkli yelləncəyi.
Bəlkə qışı, qarı sevdim,
Bəlkə də baharı sevdim.
Sənə qədər onu sevdim, bunu sevdim,
kimisinin gözlərini,
kiminin boyunu sevdim.
Bəlkə sevdim mən hamıdan çirkinini,
bəlkə də ən gözəlini?
Amma demə sənə qədər
sevməmişəm heç birini.
Demə Sənə çatanadək bilməmişəm
sevgi nədir.
Amma ki, mən səni sevdim.
Hər tikəni, hər parçanı
gözlərimə, ürəyimə yığdım elə.
Səni bütöv sevdim elə.
Hər daşını əzizlərəm,
Hər ağrını ovudaram.
Yadlardakı hər qarışın dərd evimdi.
Hər yarana məlhəm olmaq,
yad əllərdən səni almaq and yerimdi.
Adım "Vətən” deyən neçə şəhidin var.
Türkün yurdu şəhid olmaz,
türkün özü şəhid olar.
"Vətən” adlı oğlun ilə,
qızın ilə mən əl-ələ
Təbrizimlə Bakım ilə
gedəcəyəm Qarabağdan Zəngəzura,
İrəvana, Göyçə gölə.
Oxşayacam hər gülünü, yarpağını,
oxşayacam mən hər qarış torpağını.
Bəlkə bir az səndən doyum.
Səni bütöv sevəcəyəm ömrüm boyu.
Sən uğruna öləcəyim,
sən uğruna yaşadığım varlığımsan -
ana Vətən.
Səni bütöv sevirəm mən.
İlk sevgilim deyilsən sən -
Son sevgimsən.
NAĞILLAR
Nələri anlatdı bizə.nağıllar
bildik ki həmişə bağlı qapı var.
Bağlı qapıları açmaq istəsək
Açıq qapıları bağlayaq gərək.
Bir az da aldatdı bizi nağıllar.
Ağ atlı oğlanlar gəlib çıxmadı.
Xeyirxah pərilər görünmədi heç
Yetimin üzünə kimsə baxmadı.
Anladıb aldatdı bizi nağıllar
divlər, təpəgözlər öləcək deyə.
Bir az da ağlatdı bizi nağıllar
göylərdən üç alma düşəcək deyə.
KİM DEYİR Kİ
Kim deyir ki, bu məhəbbət gecikib,
Kim deyir ki, səni sevmək günahdı?
Kim deyir ki, ayrılığın sonu yox,
Kim deyir ki, bu intizar nahaqdı?
Məhəbbətə bu “gecikmiş” adını
Kim qoyubdu, kim veribdi görəsən?
İllər boyu gözləyənlər çox olub
Gəlişini kim görübdür, görəsən?
Kim deyir ki, məhəbbət var gecikmiş?
Vaxt nə gərək sevilməyə, sevməyə.
Sevgiyə də vaxt sərhəddi qoyaraq
Vay o gündən vaxt tapmayaq sevməyə.
Axı sevgı ömrümüzün baharı
Nə vaxt gəlsə ömrümüzə bəzəkdir.
Ürək ki var məhəbbətə möhtacdı,
Hər vaxt, hər an ona sevgi gərəkdir.
DEMƏDİMMİ
Demədimmi vaxt olar,
Sən səs-küyün içində
bir sükutdan bezərsən,
Külək əsər,sən isə
yarpaqların dlində
bir pıçıltı gəzərsən.
Demədimmi, vaxt olar,
o soyuq baxışların
yanağını yandırar.
Demədimmi, vaxt olar,
vaxt olar ki,yağışlar
bir həsrəti andırar.
Demədimmi,vaxt olar,
ayrılıq dünyasına
ümid yolu çəkərsən.
Gecələrdən usanıb
səhərin yaxasını
gözlərinlə sökərsən.
Demədimmi,vaxt olar,
ürəyinə hay salar”unut”deyən o səsin?
Demədimmi?...Demədim...
Demədim ki,vaxt olar
ürəyimi üşüdər ”qayıt”deyən nəfəsin.
***
Səninlə rast gəldik illərdən sonra
Sevinc dərdli-dərdli gülümsəyirdi.
Təsadüfmü deyək bu olanlara,
ya alın yazısı, bilə bilmədik.
Sənsiz yaşadımmı, ya yaşamadım,
Söyləmək mənimçün çətindi çətin.
Amma bilirəm ki, xoşbəxt olmadım,
Yaşadı mənimlə sənli günlərim.
“Necəsən” soruşdun bir az qəhərli
Bu qəhər doğmaydı mənimlə axı...
Doğmaydı gözünün qəmi, kədəri
illərdi mənimlə idilər axı..
Mən sənin ağarmış saçına baxdım
Saçın saçlarıma çox bənzəyirdi.
İllərdən sonrakı görüşümüzü
Təkcə həsrətimiz əzizləyirdi.
Sənin gözlərindən gözüm doymadı,
səni gözlərimə sıxmaq istədim.
Gözlərim doyunca,qəlbim doyunca
sadəcə mən sənə baxmaq istədim.
Saçımı, başımı qocaltdı illər,
Sənlə dolu qəlbim qocalmadı ki.
Bir az da yaşımı qocaltdı illər,
Sənə olan sevgim qocalmadı ki.
Kəmalə Abiyeva
Dalidag.az
Sənlə dolu qəlbim qocalmadı ki.
Bir az da yaşımı qocaltdı illər,
Sənə olan sevgim qocalmadı ki...
Dalidag.az Kəmalə Abiyevanın şeirlərini təqdim edir:
MƏNİ BAĞIŞLAMA
Nə olsun qayıtdım, əlindən tutdum
Nə olsun ki sənə”bağışla” dedim.
bağışlama məni, qurbanın olum,
Məni bağışlama, qoy çıxım gedim.
Baxma sevgi dolu baxışlarınla,
Mən sənin dünyanı yıxıb getmişəm.
Sən həsrət qaldığın baxışlarıma
Özgə bir həsrəti yığıb getmişəm.
Sənin üzündəki qəmin izləri
mənim üzümdəki qəmdən dərindi.
Ağarmış saçların, nəmli gözlərin
Qatili olduğum ayın – ilindi.
Ömründə yer vermə, indi sən məni
ölən arzuların qoy arasına .
Mənim öz dünyam var qoy çıxım gedim,
gedim xəyalların xarabasına.
Bağışlama məni, başına dönüm,
Bir də bu yaralar köz bağlamaz ki.
qoy öz günahımın oduna yanım,
cəzam günahımdan ağır olmaz ki...
Ömrün baharı da qarlı qış oldu
Bir də o bahara dönə bilmərik.
Bağışlama məni, qurbanın olum,
biz xoşbəxt hekayə yaza bilmədik.
GETMƏ DEMƏDİM
Mən "getmə” demədim sənə bir zaman,
Nə də yollarını kəsmədim sənin.
Vaz keçə bilmədim öz qürurumdan
Nə də ki arxanca gəlmədim sənin.
İndi nə fərqi ki, günahkar kimdi,
İllər o günahın üstündən keçib.
Qəm yüklü, dərd yüklü bir qatar kimi
o günah qəlbimin üstündən keçib.
Günahkar axtarıb yorma özünü
axtarma gerçəyin yalan üzünü
Ya mənə, ya sənə bəraət vermək
ölən arzuların nəyinə gərək?
Xoşbəxt olmadıq ki, nə sən, nə də mən
Arzusuz,ümidsiz gəzirik indi.
Indi gerçəyimiz saçımızda dən,
arxadan boylanan gəncliyimizdi.
DARIXDIM
Darıxdım anidən,
səbəbini bilmədən.
Məsələn, bir azca qar yağsaydı,
bir azca hava qızsaydı - deyən,
havasını tapmayan kimi darıxdım.
Bir içim su, bir udum havaya möhtac kimi,
Bir parça çörəyə ac kimi darıxdım.
Ürəyimdən keçənlərə susmaq,
susa bilməmək qədər darıxdım.
Sakitcə ağac altda oturmaq,
Gözün görənə baxmaq arzusu,
Getməyə bir yerin,
anlayacaq biri yoxdu duyğusu,
səhər həsrəti,
gecə uyğusu qədər darıxdım.
Ölənlərlə ölmək,
Qalanlarla yaşamaq qorxusu qədər
darıxdım...
NEYNƏDİM
Mən səni sevməkdən özgə neynədim,
Adını öldürdün dilimdə mənim.
Qoruya bilmədim əllərini mən,
əlini öldürdün əlimdə mənim.
Min rəngdə görürdüm sənlə dünyanı,
Dünyam al-əlvandı gözündə sənin.
Rəngini itirdin bütün dünyamın,
Gözünü öldürdün gözümdə mənim.
Qoruyardım səni bil ki, hər kəsdən,
Alınmaz qalaydı sənli ürəyim.
Qoruya bilmədim səni özündən,
Özünü öldürdün özümdə mənim.
Əllərim əlinə yetərmi bir də
ya dartım uzadım, ya kəsim dibdən?
Hayanda olmanın nə önəmi var?
Gözlərim baxsa da görərmi bir də?
Rəngli nə vardısa tapmazsan daha,
Rəngsizcə gözümdən töküldü getdi.
Daş üstə daşmı var, axtarsan da ha
O qala ürəyim söküldü getdi...
***
Təsəlli tapardım xatirələrdə
Səni bircə anlıq unuda bilsəm.
İndi ovunmayır xatirələr də
Gəl ovut onları ovuda bilsən.
Nələri, nələri aparıb getdin,
Gülüş həsrət qaldı dodaqlarıma.
Könlümün odunu qoparıb getdin,
baxışın iz saldı yanaqlarıma.
Nələri,nələri qıydın ömrümə
Əlinin yanğısı əlimdə qaldı.
Gözünün qarası hopdu günümə
Adının həsrəti dilimdə qaldı.
Belə səxavətli bilmirdim səni,
Bir ömürlük sevgi qoyub getdin sən.
Demirəm xatırla,xatırla məni,
Unut bircə anlıq,unuda bilsən.
DARIXACAQSAN
Bir səhər qapını külək döyəcək,
Ümidlə qapıya boylanacaqsan.
Addım səslərinə möhtac yollartək
Bir səhər mənimçün darıxacaqsan.
Bir axşam aynanda yağış dinəcək
Sən də o yağışa qoşulacaqsan.
Kövrəlib pəncərə şüşələritək
Bir axşam mənimçün darıxacaqsan.
Sığınıb qəlbinin döyüntüsünə,
küləyin səsinə, yağış səsinə
hər səhər mənimçün darıxacaqsan
hər axşam mənimçün darıxacaqsan...
Hər səhər bir axşam ömrü bitəcək,
hər axşam bir səhər ömrü bitəcək.
Beləcə hər günlə ömür ötəcək
Bir ömür mənimçün darıxacaqsan,
Bir ömür səninçün darıxacağam.
***
Ay göyün yaxasın açmışdı yenə
həsrətlə boylandı aya ümidim.
Bu gecə göylərdən ayın yerinə
bir az ümidimi asmaq istədim.
Bu gecə darıxdım ulduzlar kimi
bu gecə göylərdən asılıb qaldım.
Ovuda bilmədim öz ürəyimi
eləcə gecəyə qısılıb qaldım.
Darıxdım bir azca küləklər kimi
Bir nəğmə oxumaq istədim yenə.
Göylərin əlləri yağışlar kimi
Bir azca toxunmaq istədim sənə.
İstədim həsrətli darıxan gecə
ümid işığına boyansın bir az.
İstədim gözümə yıxılan gecə
səhərə ümidlə boylansın bir az.
SON SEVGİMSƏN
İlk sevdiyim deyilsən sən.
Sənə qədər nəyi sevdim, kimi sevdim
bilmirəm mən.
Sənə qədər səndən ötə sevdim bəlkə
ipək donlu gəlinciyi,
bər –bəzəkli yelləncəyi.
Bəlkə qışı, qarı sevdim,
Bəlkə də baharı sevdim.
Sənə qədər onu sevdim, bunu sevdim,
kimisinin gözlərini,
kiminin boyunu sevdim.
Bəlkə sevdim mən hamıdan çirkinini,
bəlkə də ən gözəlini?
Amma demə sənə qədər
sevməmişəm heç birini.
Demə Sənə çatanadək bilməmişəm
sevgi nədir.
Amma ki, mən səni sevdim.
Hər tikəni, hər parçanı
gözlərimə, ürəyimə yığdım elə.
Səni bütöv sevdim elə.
Hər daşını əzizlərəm,
Hər ağrını ovudaram.
Yadlardakı hər qarışın dərd evimdi.
Hər yarana məlhəm olmaq,
yad əllərdən səni almaq and yerimdi.
Adım "Vətən” deyən neçə şəhidin var.
Türkün yurdu şəhid olmaz,
türkün özü şəhid olar.
"Vətən” adlı oğlun ilə,
qızın ilə mən əl-ələ
Təbrizimlə Bakım ilə
gedəcəyəm Qarabağdan Zəngəzura,
İrəvana, Göyçə gölə.
Oxşayacam hər gülünü, yarpağını,
oxşayacam mən hər qarış torpağını.
Bəlkə bir az səndən doyum.
Səni bütöv sevəcəyəm ömrüm boyu.
Sən uğruna öləcəyim,
sən uğruna yaşadığım varlığımsan -
ana Vətən.
Səni bütöv sevirəm mən.
İlk sevgilim deyilsən sən -
Son sevgimsən.
NAĞILLAR
Nələri anlatdı bizə.nağıllar
bildik ki həmişə bağlı qapı var.
Bağlı qapıları açmaq istəsək
Açıq qapıları bağlayaq gərək.
Bir az da aldatdı bizi nağıllar.
Ağ atlı oğlanlar gəlib çıxmadı.
Xeyirxah pərilər görünmədi heç
Yetimin üzünə kimsə baxmadı.
Anladıb aldatdı bizi nağıllar
divlər, təpəgözlər öləcək deyə.
Bir az da ağlatdı bizi nağıllar
göylərdən üç alma düşəcək deyə.
KİM DEYİR Kİ
Kim deyir ki, bu məhəbbət gecikib,
Kim deyir ki, səni sevmək günahdı?
Kim deyir ki, ayrılığın sonu yox,
Kim deyir ki, bu intizar nahaqdı?
Məhəbbətə bu “gecikmiş” adını
Kim qoyubdu, kim veribdi görəsən?
İllər boyu gözləyənlər çox olub
Gəlişini kim görübdür, görəsən?
Kim deyir ki, məhəbbət var gecikmiş?
Vaxt nə gərək sevilməyə, sevməyə.
Sevgiyə də vaxt sərhəddi qoyaraq
Vay o gündən vaxt tapmayaq sevməyə.
Axı sevgı ömrümüzün baharı
Nə vaxt gəlsə ömrümüzə bəzəkdir.
Ürək ki var məhəbbətə möhtacdı,
Hər vaxt, hər an ona sevgi gərəkdir.
DEMƏDİMMİ
Demədimmi vaxt olar,
Sən səs-küyün içində
bir sükutdan bezərsən,
Külək əsər,sən isə
yarpaqların dlində
bir pıçıltı gəzərsən.
Demədimmi, vaxt olar,
o soyuq baxışların
yanağını yandırar.
Demədimmi, vaxt olar,
vaxt olar ki,yağışlar
bir həsrəti andırar.
Demədimmi,vaxt olar,
ayrılıq dünyasına
ümid yolu çəkərsən.
Gecələrdən usanıb
səhərin yaxasını
gözlərinlə sökərsən.
Demədimmi,vaxt olar,
ürəyinə hay salar”unut”deyən o səsin?
Demədimmi?...Demədim...
Demədim ki,vaxt olar
ürəyimi üşüdər ”qayıt”deyən nəfəsin.
***
Səninlə rast gəldik illərdən sonra
Sevinc dərdli-dərdli gülümsəyirdi.
Təsadüfmü deyək bu olanlara,
ya alın yazısı, bilə bilmədik.
Sənsiz yaşadımmı, ya yaşamadım,
Söyləmək mənimçün çətindi çətin.
Amma bilirəm ki, xoşbəxt olmadım,
Yaşadı mənimlə sənli günlərim.
“Necəsən” soruşdun bir az qəhərli
Bu qəhər doğmaydı mənimlə axı...
Doğmaydı gözünün qəmi, kədəri
illərdi mənimlə idilər axı..
Mən sənin ağarmış saçına baxdım
Saçın saçlarıma çox bənzəyirdi.
İllərdən sonrakı görüşümüzü
Təkcə həsrətimiz əzizləyirdi.
Sənin gözlərindən gözüm doymadı,
səni gözlərimə sıxmaq istədim.
Gözlərim doyunca,qəlbim doyunca
sadəcə mən sənə baxmaq istədim.
Saçımı, başımı qocaltdı illər,
Sənlə dolu qəlbim qocalmadı ki.
Bir az da yaşımı qocaltdı illər,
Sənə olan sevgim qocalmadı ki.
Kəmalə Abiyeva
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 21-12-2019 15:11
Baxış sayı: 21 603
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02