Gələn ay - may ayında Azərbaycanda bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq. Dalidag.az xəbər verir ki, mayın 2 və 3-ü Ramazan bayramıdır. 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. Mayın 28-i şənbə gününə təsadüf etdiyindən 30 may qeyri-iş günü olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatını ala bilər. Dalidag.az xəbər verir ki, bu barədə jurnalist Saskiya van Vestrinen Hollandiyanın "Algemeen Dagblad" qəzetində dərc olunan məqaləsində bildirib. Jurnalist R.T.Ərdoğanın İstanbulda danışıqlardan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşdə söylədiyi fikirlərə də yer verib və prezidentin "Bütün dünya xoş xəbər gözləyir. Biz sizə kömək etməyə hazırıq"

Nazirlər Kabineti müharibə veteranları ilə bağlı yeni qərar verib. Dalidag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

ABŞ-ın hesablamalarına görə, Rusiya tərəfi Ukraynadakı müharibədə 10 mindən çox əsgər itirib. Dalidag.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland "Current Time” telekanalına açıqlamasında bildirib. Müxbirin yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında atəşkəsin mümkün olub-olmayacağı ilə bağlı sualına cavab olaraq dövlət katibinin müavinin cavabı belə olub: "Bu, ukraynalılar və onların müttəfiqlərinin səy göstərdiyi məsələdir. Lakin Rusiya Ukrayna ordusunun nə

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 104 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib. Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən

Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub. Manevr.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur. Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub. (report) Dalidag.az

Təhsil Nazirliyi işğaldan azad olunan ərazilərdə məktəb tikintisi ilə bağlı məlumat yayıb. Dalidag.az-ın məlumatına görə, Şuşa və Ağdam şəhərlərində 960 şagird yerlik məktəblərin tikintisi davam etdirilir. Qeyd olunub ki, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağalı kənd” layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunur. Bundan başqa, Cəbrayıl və Füzulidə 960 yerlik tam orta məktəbin tikintisinin, Suqovuşan qəsəbəsində isə 144 şagird yerlik məktəbin əsaslı

“Azərbaycanın sosial-iqtisadi inkişafındakı xidmətlərə görə Prezidentin müvafiq sərəncamlarına əsasən Xalq artisti, Xalq yazıçı və s. fəxri adlar alan şəxslərə müavinətlərin verilməsi nəzərdə tutulub. Fəxri adlara görə Xalq artisti və Xalq rəssamı üçün 180 manat təqaüd verilir”. Dalidag.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib. Onun sözlərinə görə, Əməkdar elm xadimi, Əməkdar jurnalist və s.

Martın 28-də Rusiya Silahlı Qüvvələrinin iki yüksək rütbəli hərbçisi Ukrayna ordusunun hərbçiləri tərəfindən məhv edilib. Bu barədə “Vostok” əməliyyat-taktiki qrupu məlumat yayıb. Belə ki, 58-ci birləşmiş silahlı ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı alayının komandiri və qərargah rəisi öldürülüb. Qeyd edək ki, Rusiya Ukrayanaya hərbi müdaxilə etdikdən sonra itirdiyi hərbçilərinin sayı 17 mini ötüb. Ötən gün yalnız Donbassda Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024