Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan digər azərbaycanlı sürücü də ölkədən çıxarılıb. İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, yaralı sürücü Bayramov Yusif Asif oğlunu Türkiyə vasitəsilə Azərbaycana yola salıblar. Sürücü artıq bu gündən vətəndədir. Xatırladaq ki, ötən gün də digər yaralı azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlu sürücüsü olduğu şirkət, Atəş Əhmədzadə və Mətləb Nəcəfov

Məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Dalidag.az -ın məlumatına görə, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Biləsuvar rayonunun sabiq icra başçısına hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan əmlaklar müsadirə olunub. Məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlakların siyahısı

Ukraynada hərbi əməliyyat zamanı təqribən 14,2 min rusiyalı hərbçi zərərsizləşdirilib. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri fevralın 24-dən etibarən Rusiyaya məxsus 450 tank, 1448 zirehli döyüş avtomobili, 205 artilleriya sistemi, 72 reaktiv yaylım atəşi sistemi, 43 hava hücumundan müdafiə sistemi, 93 təyyarə, 112 helikopter, 879 avtomobil texnikası, 3 gəmi/qayıq, 12 PUA, 11 xüsusi texnikanı

"Bu gün dövlətimizin əsas vəzifələri beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaq, sülhyaratma, azad edilmiş torpaqları daha da inkişaf etdirməkdir". Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib. "Bu gün biz Azərbaycanın incisi olan Şuşadayıq. Hazırda Şuşa bərpa mərhələsindədir.

Xarici işlər naziri Ararat Mirzoyanın Antalya Diplomatiya Forumunda iştirakı 2008-ci ildən bəri Ermənistandan Türkiyəyə edilən ilk yüksək səviyyəli səfər idi. Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını və diplomatik münasibətlərin yenidən qurulmasını istədiklərini qeyd etdi. O, eyni zamanda aparılan araşdırmaların, sorğuların nəticələrinin də bu istiqamətdə olduğunu bildirdi. Lakin Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması həm də İrəvan və Bakı

Avropa Parlamenti Zelenskinin 2022-ci ildə Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Bir sıra avropalı siyasətçilər Vladimir Zelenskiyə 2022-ci ildə Nobel Sülh Mükafatı verilməsi təşəbbüsü ilə çıxış ediblər. Hazırkı və keçmiş siyasətçilər, Avropa Parlamentinin üzvləri Norveç Nobel Komitəsindən 2022- ci il Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi prosedurunu nəzərdən keçirməyi və Vladimir Zelenskini siyahıya əlavə etməyə vaxt tapması üçün müraciət müddətini uzatmağı xahiş

İsveçrənin məxfi bankları Rusiyanın 213 milyard dollarlıq sərvətini saxlayır. “Reuters” bu barədə İsveçrə Bankirlər Assosiasiyasına (SBA) istinadən məlumat yayıb. SBA-nın hesablamalarına görə, bankların ofşor hesablarında 150-200 milyard İsveçrə frankı (213 milyard dollar) arasında Rusiya müştəri pulu var. Xəbərdə bildirilir ki, varlı rusların dünyanın ən böyük ofşor sərvət mərkəzi olan İsveçrədəki banklarla biznesinin miqyası, onun bir sıra maliyyə firmalarının təfərrüatlarına başladıqları

Ukraynada Rusiya ordusuna məxsus daha iki hərbi təyyarə vurulub. Dalidag.az bildirir ki, bu barədə ölkənin "Telegram" kanallarına istinadla məlumat verib. Bildirilir ki, təyyarələr Dnepropetrovsk vilayətində vurulub. Təyyarələrin Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyi qeyd olunur.

Hə bib Misirov, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Qədim tarixi köklərə, zəngin mədəniyyətə, ənənələrə malik Azərbaycan xalqı yaratmış olduğu dəyərləri qorumaq və onun yolunda ölümə belə hazır olmağı tarixin bütün dövrlərində göstərə bilmişdir. Xalqımızın qoruyub yaşatdığı, məhv olmağa qoymadığı bu dəyərlər xalqımızı bir etmiş, bugünkü zəngin milli kimliyə sahib Azərbaycan millətini formalaşdırmışdır. Bizi biz edən, öz tariximizə bağlayan və gələcəyimizə ümidləndirən dəyərlərimizdən ən

Qomel vilayətinin xəstəxanalarında yaralı rus əsgərlərinin müalicəsini davam etdirilir. “Azadlıq” radiosunun Blearus xidməti xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, onları Ukraynadan həm quru, həm də hava yolu ilə Narovly şəhərinə, ondan sonra isə Mozır və Qomelə gətirirlər. Rus əsgərlərinin cəsədləri isə qatarlar və təyyarələrlə Rusiyaya yola salınır. “Mozır xəstəxanasında o qədər çox yaralı rus var - bu, sadəcə olaraq dəhşətdir. Onların iniltilərini bütün xəstəxanada eşitmək
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024