Tanınmayan "DXR” qüvvələri Ukraynanın Volnovaxa şəhərini ələ keçirib. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin general-mayor rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib. ""DXR” qruplaşması Volnovaxa şəhərini azad edib. Həmçinin, Olqinka, Veliko-Anadol, Zelenıy Qay yaşayış məntəqələri də nəzarətə alınıb. İrəliləyiş dərinliyi 6 kilometr təşkil edib”, - deyə açıqlama deyilir. Rusiya Müdafiə Nazirliyi Mariupol şəhərinin mühasirə həlqəsinin də daraldığını elan edib.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bahar fəslinin Azərbaycana daxilolma vaxtını açıqlayıb. Ali məktəbdən verilən məlumata görə, 2022-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-də Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək. Bildirlib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub

Son günlər Qarabağın dağlıq hissəsində erməni separatçı və terrorçu dəstələrinin təxribatlarının ardı-arası kəsilmir. Üstəlik, Azərbaycan Ordusunun üzbəüz mövqeləri atəşə tutulur. Bununla paralel olaraq, Qarabağdakı separatçıların ailə üzvləri, özlərini “mülki şəxs” adlandıranlar isə Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə öz suverenliyini bərpa edəcəyi halda yerli Azərbaycan əhalisi ilə birgə yaşamayacaqlarını deyirlər. Üstəlik, Azərbaycan qanunlarına tabe olmayacaqlarını, buradan

Xarici işlər naziri Ceyhun Bayramovun 4 000 itkin düşmüş azərbaycanlılarla bağlı BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubu qurumun sənədi kimi yayılıb. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Böyük Britaniya istənilən Rusiya təyyarəsinin onun hava məkanına daxil olmasını cinayət hesab edəcək. Dalidag.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps bildirib. "Mən hər hansı Rusiya təyyarəsinin Böyük Britaniyanın hava məkanına daxil olmasını cinayət hesab edirəm və hökumət indi həmin təyyarələri saxlaya bilər", - deyə nazir bildirib. Böyük Britaniya öz hava məkanını Rusiya təyyarələri üçün bağlayan ilk ölkələrdən biri olub. Bu, fevralın 25-nə keçən gecə baş

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu

Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə "Qrad" atəşinə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə “report”a açıqlamasında Ukrayna Milli Polisinin Nikolayev şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saat 05.30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər "Qrad" atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb. Azərbaycanlılar

Ukrayna ordusu Xarkov əyalətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib. UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. "Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib. İşğalçılar şəxsi heyət və texnikada xeyli itki verib. Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri,

Bu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi və siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür. Dalidag.az bildirir ki, Məhəmməd Əmin Rəsulzadənin dünyasını dəyişməsindən 67 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra

“Sabah saat 11:00-da Kiyevdən avtobusla İstanbul şəhərinə azərbaycanlıların təxliyəsi planlaşdırılır”. Dalidag.az-ın məlumatına görə, bunu Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov bildirib. O qeyd edib ki, Kiyev-İstanbul reysinin biletləri Kiyev azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının təsisçisi və İdarə heyətinin üzvü Oleq Krapivin tərəfindən ödəniləcək: "İlk növbədə uşaqlar, yaşlılar, xanımlar və ailəli olanlar yola salınacaqlar.
Yazı axını
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024