Ukrayna Rusiya Silahlı Qüvvələrinin indiyədək itirdiyi canlı qüvvə və texnikanın sayını açıqlayıb. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı verib. Məlumatda qeyd olunur ki, bu günə qədər Rusiyanın 19 100-ə yaxın hərbçisinin zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 705 ədəd tankı, 1 895 ədəd zirehli döyüş maşını, 333 ədəd artilleriya sistemi, 108 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 151 ədəd hərbi

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə münasibət bildirib. Dalidag.az xəbər verir ki, nazir açıqlamasında Azərbaycanda koronavirusa yoluxma saylarının kəskin şəkildə azaldığını deyib. Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur: “Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki, müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr

Rusiya qüvvələri Ukraynanın şimalından Belarusa və öz ölkəsinə doğru tam geri çəkilib. Dalidag.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, çəkilən qüvvələrin ən az bir hissəsi Donbasda döyüşmək üçün Ukraynanın şərqinə göndəriləcək. Əlavə olunub ki, bu hərbi bölmələrin bir çoxunun Şərqə göndərilmədən əvvəl nəzərəçarpan səviyyədə özünü toplamağa ehtiyacı olacaq və bu səbəbdən onların bu istiqamətdə

Aprelin 5-də “Mangal” restoranının bir hissəsində podratçı şirkət təmir işləri apararkən onun əməkdaşları tərəfindən texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində bədbəxt hadisə baş vermiş, iki nəfər xəsarət alıb. Onlar dərhal xəstəxanaya çatdırılıb və hazırda müalicələri davam edir. Hadisə ilə bağlı müfafiq qurumlar zəruri araşdırmalar aparırlar.

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Dalidag.az

ABŞ Prezidenti Co Bayden Rusiyaya yeni sərmayələri qadağan edən fərman imzalayıb. TASS-ın xəbərinə görə, qərarın mətnini Ağ Evin mətbuat xidməti yayıb. Qərarda göstərilir ki, ABŞ-dan Rusiyaya bir sıra xidmətlərin ixracı, təkrar ixracı və ya dolayı yolla ixracı qadağan edilir. Bu xidmətlərin siyahısını Maliyyə nazirliyi digər qurumlarla razılaşaraq tərtib edir. Bundan başqa, fərmanla Rusiyaya bütün növ yeni sərmayələr də qadağan edilib. Dalidag.az

Aprel Zəfəri hərb tariximizin şərəfli səhifələrindən biridir. Məhz bu tarixdən - “Aprel döyüşləri”ndən sonra Qarabağda separatizmin başı ilan kimi əzilməyə başlandı. 2016-cı ilin aprel günlərində Lələtəpəyə sancılan üçrəngli bayrağımız 4 il sonra Şuşamızda dalğalandı. Bu da rəşadətli Milli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi ilə tarixə yazıldı. Aprelin 5-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında “Aprel döyüşləri - Böyük zəfərə aparan yol” mövzusunda

ABŞ prezidenti Co Bayden Kiyevə 100 milyon dollara qədər əlavə hərbi yardım ayırmağı tapşırıb, bura tank əleyhinə sistemlər daxil olacaq. Dalidag.az bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatlarda deyilib. Ağ Evdən bildiriblər ki, C.Bayden ABŞ Dövlət Katibinə Ukraynaya yardım məqsədilə ABŞ Müdafiə Nazirliyinin ümumilikdə 100 milyon dollara qədər müdafiə məhsulları və xidmətlərinə, hərbi hazırlıq və təlimə ayrılmaq üçün səlahiyyət

Google axtarış server Ukraynada hərbi əməliyyatları davam etdirən Rusiya Müdafiə Nazirliyinin saytını axtarış nəticələrindən silib. Dalidag.az xəbər verir ki, axtarışda "Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytı” sorğusu üzrə sayt tapılmır. Axtarış nəticəsində bu sayt əvəzinə ona həsr olunmuş Vikipediya məqaləsi, feysbuk və "VKontakte” sosial şəbəkələrindəki səhifələr, YouTube kanalı və s. çıxır. /sfera.az Dalidag.az

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər, əsasən, vahid aylıq müavinətin təyin edilməsi, status, məşğulluq və işğaldan azad olunmuş ərazilərə qayıdış məsələləri ilə bağlı olub. Məlumat verilib ki, Prezident İlham Əliyev vətəndaşların sosial
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024