Google axtarış server Ukraynada hərbi əməliyyatları davam etdirən Rusiya Müdafiə Nazirliyinin saytını axtarış nəticələrindən silib. Dalidag.az xəbər verir ki, axtarışda "Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytı” sorğusu üzrə sayt tapılmır. Axtarış nəticəsində bu sayt əvəzinə ona həsr olunmuş Vikipediya məqaləsi, feysbuk və "VKontakte” sosial şəbəkələrindəki səhifələr, YouTube kanalı və s. çıxır. /sfera.az Dalidag.az

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər, əsasən, vahid aylıq müavinətin təyin edilməsi, status, məşğulluq və işğaldan azad olunmuş ərazilərə qayıdış məsələləri ilə bağlı olub. Məlumat verilib ki, Prezident İlham Əliyev vətəndaşların sosial

Ukrayna dünyanın ən çox minalanmış ölkələrindən biridir. Dalidag.az bildirir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin tviter hesabında məlumat verilib. "Ukrayna dünyanın ən çox minalanmış ölkələrindən biridir. Hələ Rusiyanın davam etməkdə olan hərbi hücumundan əvvəl 1,8 milyondan çox insan 8 il ərzində minaların əhatəsində yaşayıb", - İdarənin mətbuat xidməti yazıb.

Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Şimal” Əməliyyat Komandanlığı xəbər verir. Qeyd edilir ki, ərazidə təmizləmə işləri aparılır, yerli sakinlərə humanitar yardımlar çatdırılır, "Hazırda yaşayış məntəqələri Rusiyanın işğalından azad edilib. Ərazi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təmizlənir və nəzarət olunur. Əhaliyə humanitar yardımlar

Rəsmi Moskvanın Kiyevdən qoşunları çıxarması barədə açıqlamasına baxmayaraq, Ukraynada müharibə “başa çatmaqdan çox uzaqdır”. Bu barədə Ağ Evin administrasiya rəhbəri Ron Kleyn xəbərdarlıq edib. “Putinin sadəcə olaraq ölkənin şimal hissəsindən qoşunlarını geri çəkməklə onları ölkənin şərqinə köçürərək orada döyüş əməliyyatlarını bərpa etməsi barəsində çoxlu sübutlar var”, - Kleyn telekanala müsahibəsində bildirib. O, ABŞ-ın Ukraynaya şərqdəki ərazilərə nəzarəti saxlamaq səylərində kömək etməyə

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək və Ukraynaya müdafiə məsələlərində daha çox dəstək verəcək. Dalidag.az xəbər verir ki, bu barədə nazirin Tvitter səhifəsində dərc olunmuş bəyanatda deyilir. "Biz Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyik və Ukraynaya onun müdafiəsi məsələlərində daha da böyük dəstək verəcəyik" - Berbok yazıb. Eyni zamanda Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Dalidag.az icmalı təqdim edir: ]

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş vermiş partlayışla əlaqədar həmin obyektə gəlib. Dalidag.az bildirir ki, nazirə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması və ilkin ehtimal olunan səbəbləri barədə yerində ətraflı məlumat verilib. Kəmaləddin Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentinin yarıdan çoxunun Ukraynadakı müharibəyə cəlb edildiyi haqda məlumat yayılmışdı. Dalidag.az yenipress.az-a istinadən xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri bu məlumatı qətiyyətlə təkzib etsə də, sosial şəbəkədə yayılan yeni video informasiyanın həqiqət olduğunu üzə çıxarır. Videoda ukraynalı döyüşçülərə yaralı olaraq əsir düşən rus əsgərin yarasının sarındığı zaman suallara cavab

Ermənistanın Rusiyaya SU 30 qırıcılarını göndərməsi barədə xəbər Ukraynada böyük rezonansa səbəb olub və rəsmi İrəvanın məkrli siyasətinə qarşı ölkəboyu nifrət yaranıb. Dalidag.az xəbər verir ki, bu barədə musavat.com Ukraynadakı mötəbər mənbəyə istinadən xəbər verir. Məlumata görə, rəsmi səviyyədə qərar açıqlanmasa da, qeyri-rəsmi olaraq Ermənistan vətəndaşlarının Ukrayna ərazisinə girişi yasaq edilib. Konkret olaraq Macarıstandan Ukraynaya gəlmək istəyən 3 Ermənistan vətəndaşının sənədləri
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024