Kainatın sirrini gizlədən nəhəng – Günəşə “toxunmaq” üçün yola çıxırlar
30-12-2023 18:14

Dalidag.az xəbər verir ki, zond Günəşin yanından 195 km/s sürətlə uçacaq.
2018-ci ildə buraxılan “Parker” getdikcə Günəşə daha çox yaxınlaşan keçidlər etmək üçün nəzərdə tutulub. Gələn ilin sonuna planlaşdırılan uçuş zonda Günəş-Yer məsafəsinin cəmi 4 faizini (149 milyon km) qət etməyə imkan verəcək.
Tədqiqatçılar ümid edirlər ki, zondun köməyi ilə Günəşin bəzi əsas prosesləri haqda yeni bilgilər əldə edə biləcəklər. Əsas məsələ Günəş tacının - ulduzun xarici atmosferinin fəaliyyətinin daha aydın izahıdır. Günəşin fotosferindəki temperaturu təxminən 6000 dərəcədir, amma tacın içərisində 1 milyon dərəcə və ya daha çox ola bilər.
Həmçinin tac daxilindən çölə çıxan yüklü hissəciklərin – elektronların, protonların və ağır ionların axını qəfil 400 km/s sürətlə hərəkət edən səsdən də yüksəyə qalxır. Elm adamları hələ də bunu tam izah edə bilmirlər.
“Demək olar ki, bir ulduza enəcəyik. Bu, bütün bəşəriyyət üçün monumental nailiyyət olacaq. Bu, 1969-cu ildə Aya enişlə bərabərdir.teleqraf.com
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-12-2023 18:14
Baxış sayı: 3302Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















