Nüfuzlu siyasətçi və müzəffər Ali Baş Komandan!

27-12-2023 15:26
Səkinə Baxışzadə
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi


“Peşəkar doğulmurlar, peşəkar olurlar”-deyə bir məsəl var. Doğrudan da belədir. İnsanların dünyaya gəlişi təxminən eyni cür olsa da, onların bu dünyada qoyduğu izlər  müxtəlif olur.
Hər bir insanın bir şəxsiyyət kimi formalaşmasında  onu əhatə edən mühit mühüm rol oynayır. Və  təbii ki, bu mühitdə təhsil və təcrübə aparıcı rola malikdir. Tanınmış şəxsiyyətlərin peşəkar diplomat və uğurlu dövlət xadimi kimi yetişməsində şəxsi keyfiyyətlərlə yanaşı təhsil də önəmli yer tutur. Bu gün dünya liderləri arasında öz bacarığı və xarizması ilə seçilən Prezidentimiz İlham Əliyevin məhz XX əsrin qüdrətli şəxsiyyətlərindən olan Heydər Əliyevin, görkəmli ziyalı alim Zərifə xanım Əliyevanın ailəsində dünyaya göz açması onun çox şanslı və  böyük gələcəyi olacağından xəbər verirdi. Dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından hesab edilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsil alması, institutun aspirantura şöbəsində elimi dərəcə aldıqdan sonra 1985-1990-cı illərdə həmin institutda müəllim kimi fəaliyyət göstərməsi prezident İlham Əliyevin dərin elmi bilik və zəngin təcrübə qazanmasında, eyni zamanda dünyanın nüfuzlu dövlət xadimlərindən biri kimi formalaşmasında mühüm rol oynamışdır. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmaqla bazar iqtisadiyyatı ilə daha yaxından tanış olan İlham Əliyev 1994-2003-cü illərdə  Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühüm vəzifələrdə çalışmış və Azərbaycanda XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən reallaşdırılan neft strategiyasının həyata keçirilməsində aktiv iştirak etmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilən İlham Əliyev 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edir. 1999-cu ildə YAP-ın sədr müavini seçildikdən sonra siyasi fəaliyyətini daha da genişləndirmiş və 2005-ci ildə partiyanın sədri seçilmişdir. İlham Əliyev cənabları 2001-2003-cü illərdə AŞPA-da Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin  rəhbəri olmuş, 2003-cü ilin yanvarından AŞPA sədrinin müavini və AŞPA-nın büro üzvü seçilmişdir. Uğurlu fəaliyyəti ilə xalqın böyük etimadını və rəğbətini qazanmış İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə böyük səs çoxluğu ilə qalib gələrək Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2008-ci ildə keçirilən prezident seçkilərində  seçicilərin 88 faizdən çoxunun səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ulu Öndər tərəfindən düşünülüb hazırlanan və Azərbaycanın uzaq gələcəyinə hesablanan strateji planı uğurla yerinə yetirən, Azərbaycan dövlətinin iqtisadi gücünün artmasına  və beynəlxalq nüfuzunun möhkəmlənməsinə nail olan İlham Əliyev xalqın etimadı və inamı sayəsində 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də böyük səs çoxluğu ilə qalib gələrək Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu günkü reallıqlar, Azərbaycanın daha da möhkəmlənən beynəlxalq nüfuzu, regional güc sahiblərindən birinə çevrilməsi bir daha göstərdi ki, xalqımız doğru seçim edib. 30 illik işğala son qoyaraq son iki yüz ildə Azərbaycan torpaqlarının azad edilməsinə nail olan ilk və tək rəhbər olduğunu sübut edən İlham Əliyev bundan sonra da Azərbaycan Xalqının qəlbində əbədi yaşayacaqdır. Əbədiyaşar və xilaskar Prezidentimiz İlham Əliyev! Sizə həyatda uzun ömür, ən gözəl nemət olan can sağlığı və xalqımızın rifahı naminə apardığınız çətin, məsuliyyətli, şərəfli və uğurlu işlərinizdə  yeni nailiyyətlər arzulayıram. Tanrı yar və yardımçınız olsun!

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 27-12-2023 15:26
Baxış sayı: 3290
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024