Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Tərtər rayonunun Həsənqaya kənd sakini 34 yaşlı Hadıyev Yaquar Əliheydər oğlunun ölümündə şübhəli məqamlar olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayılıb.
Baş Prokurorluqdan verilən xəbərə görə, süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatla bağlı bildirilir ki, Yaquar Hadıyevin ölümünə dair bütün təfərrüatlar hərtərəfli araşdırılıb.
Belə ki, bu il martın 9-da Tərtər rayonu, Çaylı kəndi ərazisində mina partlaması nəticəsində sol ayağının aşağı ətrafı travmatik amputasiya olunmuş Yaquar Hadıyev növbəti dəfə oktyabrın 6-da eyni ərazidə minaya düşərək həlak olub.
Hər iki halda Yaquar Hadıyev müvafiq icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə səfər edərkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış mina partlayışının qurbanı olub.
Prokurorluq orqanları tərəfindən aparılan araşdırma zamanı hadisə yerinə və Yaquar Hadıyevin meyitinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Meyitə baxış zamanı mərhumun bədəni üzərində qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində ümumi sayı 5 ədəd olan xəsarətin əmələ gəlməsi müəyyən edilib.
Qeyd olunan fatklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.
Tərtər sakini eyni ərazidə iki dəfə minaya düşdü - ayağı amputasiya olundu, sonuncuda öldü
30-11-2023 14:27

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-11-2023 14:27
Baxış sayı: 3388Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















