Kəlbəcər şəhər günündə tədbir keçirildi -ŞƏKİLLƏR

27-11-2023 17:20

’’Ərazi bütövlüyümüzün bərpası, ədalətin zəfər çalması - Heydər Əliyev siyasətinin məntiqi nəticəsi kimi” mövzusunda tədbir keçirilib 

“Heydər Əliyev İli” çərçivəsində Millət vəkili Aqil Məmmədovun, YAP Kəlbəcər rayon Təşkilatının və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində ’’Ərazi bütövlüyümüzün bərpası, ədalətin zəfər çalması - Heydər Əliyev siyasətinin məntiqi nəticəsi kimi” mövzusunda tədbir keçirilib.

Dalidag.az-a verilən məlumata görə, tədbirdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Cəfər Muxtarzadə, "Manevr.az" və "Dalidag.az"  xəbər saytlarının təsisçisi Namiq Dəlidağlı, "Türkistan.az" saytının təsisçisi Aqil Camal, Maarifçilik və Monitoring İctimai birliyinin sədri Qəmzə Yusubova, Ahəng reabiltasia və psixologiya inkişaf  mərkəzində  təsisçi Vüsalə Əmraslanova, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəsinin əməkdaşı Aysel Mamedova, Rusiya vilayətində yaşayan həmyerlimiz, diaspor nümayəndəmiz Mətləb Həsənov, Mərkəzi İcra Hakimiyyəti orqanlarında çalışan Kəlbəcərli gənclər və müxtəlif Ali təhsil məktəblərdə oxuyan  tələbələrimiz iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstünün ziyarət edib, önünə gül dəstələri düzüblər. Ümummilli Liderin həyat fəaliyyət dövrünə dair sərgiyə baxış keçiriblər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan həmvətənlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib. Mövzu ilə əlaqədar video çarxa baxış keçirilib.
Tədbirdə çıxış edən Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və digər çıxış natiqlər Ümummilli Lider Heydər Əliyevin istər sovetlər, istər müstəqillik əldə edildikdən sonra fəaliyyəti dövründə Vətən və Xalq qarşısındakı misilsiz xidmətlərindən, Heydər Əliyevin siyasi kursunun  bu gündə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əldə etdiyi möhtəşəm qələbədən, Ölkə başçısının İşğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, həyata keçirdiyi irimiqyaslı layihələrdən, əzəli torpaqlarımıza "Böyük Qayıdışımızın" gerçəyə çevirliməsindən danışıblar.








































Kateqoriya: Karusel / Sosium
Tarix: 27-11-2023 17:20
Baxış sayı: 3386
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını