Müsabiqə qalibi olan kəlbəcərli şagirdlərə fəxri-fərman təqdim edildi -ŞƏKİLLƏR

12-12-2023 23:22

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”                                                                                                                         Heydər Əliyev.
 

Bu sözlər dahi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin  Azərbaycan xalqını öz canı qədər sevdiyini sübut edən yüzlərlə kəlamlarından biridir.
 Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının  rifahının yüksəldilməsinə həsr etmişdir. Ötən əsrin sonlarında xalqımızın başına gətirilən   faciələrə biganə qala bilməyən H.Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra  ilk növbədə cəbhədəki uğursuzluqların qarşısı qətiyyətlə alındı və  Füzuli istiqamətində  gedən döyüşlərdə  Horadiz qəsəbəsi düşməndən tamamilə azad edildi.  

Düşmən  Azərbaycan ordusunun uğurlu əməliyyatından təşvişə düşərək 1994-cü ilin mayında atəşkəs müqaviləsi bağlamağa  məcbur oldu.   Atəşkəs dövründən səmərəli istifadə edən  dahi şəxsiyyət  Heydər Əliyev  ölkəmizdə sabitliyin bərqərar olmasını beynəlxalq aləmdə sübut etdi.  Beləliklə, 1994-cü il sentyabrın 20-də Əsrin Müqaviləsi imzalandı.  
Bunun nəticəsində Azərbaycan özünün sürətli inkişaf dövrünə qədəm qoydu və nəhayət,otuz illik işğaldan sonra  Heydər Əliyev siyasətinin uğurlu davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan  qırx dörd günlük Vətən Müharibəsi  nəticəsində torpaqlarımız düşmənlərdən tamamilə azad edildi.  Artıq uzun illərdən bəri ilk dəfədir ki, ölkəmizin vətəndaşları Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini sərhədlərimizin bütövlüyü şəraitində yad edirlər.    

Torpaqlarımızın bütövlüyü şəraitində  Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edən kollektivlərdən biri də otuz il ərzində
Bərdə rayonunun Zümürxan kəndində  fəaliyyət göstərən Kəlbəcər rayon 80 nömrəli  tam orta məktəbinin müəllim və şagird kollektividir.  Ümummilli Liderimiz Heydər Əliyevin  və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla  yad etdikdən sonra məktəbin direktoru  Qabil Həsənəliyev  dahi rəhbərin  həyat yolu barədə geniş məlumat verdi.  
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə məktəblilər arasında  keçirilən müsabiqənin qalibləri olan şagirdlərdən Aysu Qədimovaya, Samirə Talıblıya, Gülcan Qasımovaya və başqalarına  fəxri-fərmanlar təqdim edildi.  Rəsmi hissə başa çatdıqdan sonra  məktəbin həyətində  təmizlik işləri aparıldı və ağaclar əkildi.  Tədbirin sonunda məktəbin şagird və müəllim kollektivi Ümummilli Liderimiz Heydər Əliyevin Bərdə şəhərindəki  heykəlini və  Heydər Əliyev Mərkəzini  ziyarət  etdilər.   

     Oqtay Salahlı. 
       Dalidag.az         

                                                                                







Kateqoriya: Sosium
Tarix: 12-12-2023 23:22
Baxış sayı: 3251
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını