Reklam
Mina təhlükəsinə dair interaktiv təlim keçirilib - Şəkillər
20-12-2023 19:12

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Niderlandın “Mine Mark” Fondunun dəstəyi ilə Abşeron rayonunun Masazır
qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları “Zəngilan” şəhərciyində məktəblilər üçün mina təhlükəsizliyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Komitədən Dalidag.az-a verilən məlumata görə, tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki Zəngilan rayon 33 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Təlim çərçivəsində məktəblilərə mina və partlamamış hərbi sursatların növləri, xarakteri, minalanmış və minalardan təmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciət qaydaları ilə bağlı məlumatlar verilib, məktəblilərin prosesi daha yaxşı qavramaları üçün interaktiv yarışlar-oyunlar keçirilib.
Üç hissədən ibarət təşkil edilən tədbirin ikinci hissəsində məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onların oyunla bağlı təklifləri dinlənilib. Təlimin sonunda məktəblilərə dəftərxana ləvazimatları hədiyyə edilib, “Məcburi köçkünlər üçün mina təhlükəsizliyi” maarifləndirici broşürləri paylanıb, mövzu ilə bağlı nəzəri biliklər verilib. Bununla yanaşı, onlar Böyük Qayıdışa dair Dövlət proqramının icrası çərçivəsində mina təmizlənməsi prosesi və görülən işlər barədə də məlumatlandırılıblar.
Qeyd edək ki, Mine Mark Fondu tərəfindən mina təhlükəsizliyi mövzusunda hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş animasiya ölkəmizdə ilk dəfə 2021-ci ildə tətbiq edilib. Layihənin əsas məqsədi mina və partlayıcı sursatlar təhlükəsi barədə bilgilərin
daha aşağı yaş kateqoriyalarına çatdırılmasıdır. Fond tərəfindən innovativ tədbir kimi Bakıda və bir sıra regionlarda həyata keçirilən layihənin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacaq məktəblərdə də icrası nəzərdə tutulub.
Dalidag.az







Kateqoriya: Sosium
Tarix: 20-12-2023 19:12
Baxış sayı: 3315Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























