Reklam
Bu il Qarabağda nə qədər mina zərərsizləşdirilib? - Video
22-12-2023 10:14

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə həyata keçirilən tədbirlər plana uyğun olaraq davam etdirilir.
Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azad edilmiş ərazilərdə bu ilin yanvarın 1-dən dekabrın 21-dək mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6 930 hektaradək ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni təminat yolları çəkilib, mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatlarının bir qismi növbəti dəfə Ağdərə rayonunun "Gödəkburun" təlim mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq 2024-cü ildə də davam etdiriləcək.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 22-12-2023 10:14
Baxış sayı: 3169Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























