Radio (lat. radio - şüalandırıram, şüa buraxıram; radius - şüa) - naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsi ilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun tarixçəsi - radio həyatımıza nə vaxt daxil oldu. Kim icad etdi. İlk radio dalğaları necə yaradıldı? Televiziya bu gün ən məşhur elektronik xəbərləşmə

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə mərhum şair Oqtay Rzanın anım günü keçirilib. Bu gün həm də şairin 85 illik yubileyidir. Dalidag.az xəbər verir ki, tədbirdə iştirak edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayılov, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Səfər Karakoyunlu, tənqidçi

"Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyinin təşəbbüsü ilə aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunmuş "Şəhidlik ölümsüzlükdür" adlı tədbir keçirilib. Dalidag.az -ın məlumatına görə, tədbir "Bənövşə" uşaq xorunun müşayiəti ilə şəhidimizin üç övladının dövlət himnini səsləndirməsi ilə başlayıb. Vüqar Yusifovun atası Nurəddin Yusifov Qarabağın tezliklə işğaldan azad olunmasını arzuladığını bildirib: "Günü sabah Qarabağa yürüş başlasa, öndə özüm getməyə

Fotokameranın Çar Rusiyasına gəldiyi vaxtlarda Azərbaycanda ilk fotoları əsasən ruslar və digər millət nümayəndələri çəkiblər. Mircavad Axundzadə isə Azərbaycanı çəkən ilk azərbaycanlı fotoqraf kimi tarixə düşüb. Onun haqqında çox az məlumat var. Mircavad Axundazadə 1909-cu ildə Bakının Maştağa kəndində anadan olub. Məşhur Axundzadələr nəslindəndir. Atası Seyidağa Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil

Şabrandakı Xaqani Poeziya Evində el arasında savab işləri ilə tanınmış ağsaqqal, şair – qəzəlxan, din xadimi, Hacı Qulamhüseyn Məmmədhüseyn oğlu Məmmədovun anadan olmasının 70 illiyi ilə əlaqədar yaradıcılıq gecəsi keçirilib. Qulamhüseyn Məmmədov Dəvəçi şəhər Tofiq Abbasov adına orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Bakı Neft Texnikumunda oxumağa başlayıb. Neft Texnikumunu bitirib Neft Sənayesinin müxtəlif sahələrində işləyə - işləyə Neft Akademiyasında ali təhsil alıb. Neft

Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin heykəli açılıb. Dalidag.az- ın məlumatına görə Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın

Nizami Kino Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib. Dalidag.az -ın məlumatına görə, yubiley mərasimi rejissor Nizami Abbasın “Narahat adam” sənədli filminin nümayişi ilə başlayıb. Sonra Ə.İbrahimovun həyat və fəaliyyətini əks etdirən foto-slayd nümayiş olunub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirdə çıxış edərək Əjdər İbrahimovun fəaliyyətinin çox zəngin

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov şəhərində Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması planlaşdırılır. Dalidag.az bildirir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, bu barədə ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev arasında keçirilən görüşdə əldə edilib. Müzakirələr zamanı A.Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində Azərbaycana dair

Rəşid Behbudov Fondunun baş direktoru Kamil Şahverdi Cahangir Cahangirovun “Arazın o tayında” simfonik poeması ilə bağlı olduqca maraqlı məqama toxunub. Dalidag.az xəbər verir ki, K.Şahverdi görkəmli bəstəkar Cahangir Cahangirovun 1949-cu ildə, 28 yaşında ikən özünün həm peşəkarlıq, həm ideya, mövzu, həm də tarixi mahiyyəti baxımından möhtəşəm bir əsəri – “Arazın o tayında” simfonik poeması üzərində işini başa çatdırdığını bildirib. “Əsər elə həmin il, 1949-cu ildə ilk dəfə Bakıda ifa olunur.

Oktyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Dalidag.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində hazırlanıb. Dövlət və hökumət rəsmilərinin, habelə respublikanın tanınmış mədəniyyət və
Yazı axını