Reklam

Bakıdan üz döndərən, övladı olmayan, dostlarını itirən - “Qayınana”nın Afətindən maraqlı faktlar -ŞƏKİLLƏR
05-01-2020 15:48
İnarə Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub.1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. Rusiyanın Xalq artisti, opera aktyoru Vitali Mişle ilə ailəlidir.
***
Ata tərəfdən azərbaycanlı olduğu üçün soyadı Quliyevadır. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilib. Aktrisa müsahibələrinin birində bu haqda belə deyir: “Babamın 5 rəsmi nikahı olub və nənəm istəmirdi ki, biz onunla hər hansısa əlaqə saxlayaq. O vaxt bizim Xəzər Dənizçiliyi binasında evimiz də vardı”.

***
Aktrisanın dayısı Aleksandr Tixonov da müğənni olub. Radio və televiziyada solist kimi fəaliyyət göstərib. Lakin, ikinci dünya müharibəsi zamanı bir ayağını itirdiyi üçün sonralar heç vaxt səhnəyə çıxa bilməyib.



Azərbaycanda 8 filmə çəkilən aktrisa bir müddət sonra tamamilə unudulur. Buna səbəb isə aktrisanın kədərli şəkildə Bakıdan üz döndərməsi olur. O, müsahibələrinin birində bu məsələyə belə aydınlıq gətirir: “Bakıda olarkən Mərkəzi Komitədə Kino bölümünün rəisi məni köhnə "Moskva” otelində otagına dəvət etmişdi ki, orada mənə ad vermələri üçün sənədlərə qol çəkim. Mən isə bu dəvəti rədd etdim və getmədim. Bu hadisədən sonra Bakıda mənim üçün rol tapılmadı, hamı məni unutdu və artıq 30 ildən çoxdur ki, Bakıda məni yada salan yoxdu. Mənim sevimli rejissorum, Oqtay Mirqasımovu həddindən çox istəyirəm, həmçinin onun həyat yoldaşı Nailə xanım bu hadisə barədə biləndən sonra təsirlənib ağlamışdılar. Mən öz şəhərimə və öz xalqıma daha lazım olmadım”.

Rejissor Oqtay Mirqasımov aktrisa ilə dostluq münasibətlərinin bitməsinə belə aydınlıq gətirir: İnarənin atası xalis azərbaycanlı, anası isə rus idi. Onu ilk dəfə burda filmə mən çəkmişəm. Bizimlə çox yaxşı dostluğu olub. Çəkilişlərə gələndə bizdə qonaq olurdu. Həyat yoldaşım və qızım Ayanla da dost olublar. Amma sovet ittifaqının dağılması, sonradan baş verən hadisələr tək onunla yox, Rusiyadan olan bir çox adamlarla əlaqələrimin kəsilməsinə səbəb oldu. Düzdür baş verənlərdə sənət adamlarının günahı yox idi. Amma mən onların bir çoxunun telefon nömrələrini blaknotumdan sildim. İnarə ilə isə son dəfə 2014-cü ildə Moskvada rastlaşdıq. O bir tədbirə həyat yoldaşı ilə birgə gəlmişdi. Hər ikisi ilə görüşdüm, söhbət etdik. Lakin, aradan keçən zaman münasibətlərə xeyli təsir göstərmişdi.

***
Aktrisa Azərbaycan dilində yalnız üç söz bilib. Gəl bura, əyləş, mən səni sevirəm. Azərbaycan dilini bilmədiyi üçün çəkildiyi filmlərdə onun səsini həmişə dublyaj ediblər.

***
Atası onun aktrisa olmasını istəməyib. O qızını dilçi görmək arzusunda olub. Bu səbəbdən aktrisanın atası heç vaxt qızının çəkildiyi film və tamaşalara baxmayıb.

Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar