Reklam
Ankarada “Nəsimi ili”nin bağlanış mərasimi keçiriləcək
08-01-2020 20:35
Türkiyənin paytaxtı Ankara şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə yekun tədbir keçiriləcək.Dalidag.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri və ölkəmizin Ankaradakı səfirliyi tərəfindən təşkil olunan mərasim “Nəsimi-2019” ilinin bağlanışına, eləcə də görkəmli kinorejissor Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunur.
Mərasim çərçivəsində “Nəsimi” bədii filmi nümayiş olunacaq, Həsən Seyidbəylinin kino yaradıcılığını əks etdirən fotosərgi açılacaq və iştirakçılara TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabı təqdim ediləcək.
Qeyd edək ki, ötən il “Nəsimi ili” çərçivəsində Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər keçirilib, kitab təqdimatları olub, o cümlədən tamaşalar göstərilib.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 08-01-2020 20:35
Baxış sayı: 3646Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























