Reklam
"Çölçü" filmi Hindistanda mükafat qazandı
05-01-2020 18:33
Şamil Əliyevin “Çölçü” filmi yeni zirvələri fəth etməkdə davam edir.Dalidag.az xəbər verir ki, “Tripvill International Film Festival 2020”nin (Hindistan, Kəlkətə) beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti Şamil Əliyevin “Çölçü” filmini “Best Narratıve Feature / Award of Excellence” (Ən yaxşı bədii film / Xüsusi mükafat) mükafatlarının qalibi elan edib.
“Tripvill International Film Festival 2020” qalibləri yanvarın 1-də açıqlayıb. Beləliklə, “Çölçü” filmi yanvarın 12-də Hindistanın Kəlkətə şəhərində tamaşaçılara təqdim olunacaq. Mükafatın təqdimetmə mərasimi də həmin gün baş tutacaq.
Qalib filmə mükafat olaraq sertifikat və heykəl təqdim olunur.
Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafat qazanıb.
“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 05-01-2020 18:33
Baxış sayı: 3691Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























