Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə təbliği məqsədilə 2016-cı ildən etibarən "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi həyata keçirilir. Dalidag.az xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin də ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") layihə çərçivəsində Türkiyə türkcəsində nəşri başa

Marneulidən olan etnik azərbaycanlı gənc Gülgün Məmmədxanova Tbilisidə keçirilən qısametrajlı film festivalının qalibi olub. Dalidag.az xəbər verir ki, festivala hər biri maksimum 90 saniyədən ibarət olan 130 film təqdim edilib. G. Məmmədxanovanın "16 yaşlı arvad" adlı filmi finala vəsiqə qazanan 30 film arasında yer alıb. Bu gün Tbilisidəki "Amirani" kinoteatrında baş tutan finalda isə film birinci yerə layiq görülüb. Qısametrajlı film Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA) etnik azlıqlar

İsraildə "Near Nazareth Festival" (NNF) beynəlxalq film festivalının yeddinci mövsümü azərbaycanlı rejissorların filmlərinin nümayişi ilə açıldı. Dalidag.az bildirir ki, ənənəyə görə, NNF film festivalı İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) ilə birlikdə keçirilir. Festivalın direktoru Lilia Bermanın sözlərinə görə, bu, azərbaycanlı rejissorların fəal iştirakı və İsrail tamaşaçılarının azərbaycanlı rejissorlarının işlərinə olan böyük maraqı ilə bağlıdır. "Near Nazareth Festival"

Bu gün Azərbaycan teatr və kino tarixində özünəməxsus yeri olan görkəmli sənətkar, Xalq artisti Məlik Dadaşovun anım günüdür. Dalidag.az s ənətkar haqqında maraqlı faktları təqdim edir. Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib. *** Uşaq yaşlarından musiqiyə gedib, kontrabasda ifa edirmiş. Orta məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna verib. Qəbul olunub,

Sumqayıtda Özbəkistan Yazıçılar Birliyinin üzvləri, özbək şairləri Oktamay Xaldarova və Gülçöhrə Şahəddinqızı ilə görüş keçirilib. Dalidag.az -ın məlumatına görə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, Filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətovanın dəvətilə Azərbaycana təşrif buyurmuş ədiblərlə görüş Sumqayıt "Poeziya Evi"ndə baş tutub. Görüşdə Sumqayıt ədəbi mühitinin tanınmış simaları, jurnalistlər və digər

Azərbaycan Televiziyası (AzTV) "Kəlağayı" sənədli filmini təqdim edib. Dalidag.az xəbər verir ki, film Bədii və Sənədli Filmlər Studiyası tərəfindən hazırlanıb. Film Azərbaycan kəlağayısının tarixi, onun fəlsəfi mahiyyəti, hazırlanma ənənələri, yayılma arealından bəhs edir. Filmdə kəlağayının və onun boyalarının hazırlanma texnikası təqdim olunur. Dalidag.az

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Gürcüstanda yeni tamaşa səhnələşdirib. Dalidag.az xəbər verir ki, rejissor Türkiyənin tanınmış dramaturqu Tuncer Cücenoğlunun “Çığ” (Uçqun) adlı əsərinə Tbilisinin Axmeteli Dövlət Dram Teatrında quruluş verib. Tamaşada teatrın aparıcı aktyorları - Andria Qvelesiani, Maiko Vatsadze, Tamriko Bejuaşvili, Mamuka Mazavrişvili və digərləri rol alıblar.Səhnə əsəri hər tərəfdən qarlı dağlarla əhatələnmiş kiçik bir kənddə baş verən hadisələr və

2003-cü ilin fevral ayının 23-də Həsən Turabov dünyasını dəyişdi. Onunla vida mərasimi Milli Dram Teatrının səhnəsində oldu. Səhər hələ heç kim yox idi, Turabovun cənazəsi vida üçün səhnəyə qoyulmuşdu. Zalın düz ortasında Həsən Məmmədov əyləşmişdi. Səssiz-səmirsiz gözlərini son dəfə sevimli səhnəyə “çıxan” həmkarına zilləmişdi, onun “son roluna” baxırdı. Baxırdı və eynəyinin altından dağdan səssiz-səssiz qaynayıb aşağı yol alan bulaq suyu kimi yanaqları boyu göz yaşları axırdı. Və elə bil

Dünya popunun kralı Maykl Cekson haqda bioqrafik film çəkiləcək. Dalidag.az xəbər verir ki, filmi Qaraham Kinq ekranlaşdıracaq. Ssenarini isə üç dəfə “Oskar” namizədi olan Con Loqnan ərsəyə gətirəcək. Çəkilişin nə vaxt başlayacağı və Mayklı kimin canlandıracağı bilinmir. Lakin bildirilir ki, filmdə Ceksonun həyatı hərtərəfli nümayiş etdiriləcək. Həmçinin, buraya onun pedofil olması da daxildir. Dalidag.az

*V.Harvey qan dövranı haqqında kiçik kitabçası üzərində düz 13 il işləmişdir. *N.Kopernik öz traktatını yaratmağa otuz ildən çox vaxt sərf etmişdir. *İ.Nyuton öz ideyalarını bəşəriyyətə bildirməyə qərara alana qədər onların haqqında 20 il ətraflı düşünmüşdür. *Firdovsi özünün «Şahnamə» əsərinə 30 il sərf etmişdir. *Ç. Darvin özü haqqında belə demişdir: «Mən oxuduğum və konspektini tutduğum cürbəcür kitabların siyahısını nəzərdən keçirəndə öz əməksevərliyimə məəttəl qalıram. *Höte «Faust»
Yazı axını
 
 
 
29 / 04 / 2024