Reklam
Fotoqrafı intihara sürükləyən məşhur fotonun TARİXÇƏSİ
30-01-2020 10:22

Cənubi afrikalı fotojurnalist Kevin Karterin çəkdiyi “Leşyeyən və kiçik qız” fotosu dünyada ən çox səs-küyə səbəb olmuş şəkillərdən biri, bəlkə də birincisidir. O, bu fotoya görə 1994-cü ildə nüfuzlu “Pulitzer” mükafatını qazandı. Lakin “Qəddar paparazzi” damğası vurulan fotoqraf ittihamlara dözə bilmədi və intihar edərək, həyatına son qoydu.
Dalidag.az həmin fotonun tarixçəsini və qızcığazın sonrakı taleyini təqdim edir:
Dörd cəsur fotoqrafdan ibarət “Bang-Bang Klubu”nun üzvü Kevin Karter 1993-cü ildə ölkəni bürüyən aclığı çəkmək üçün Sudana gedir.
Ayod kəndində foto çəkməkdən əldən düşmüş halda açıq kolluqlara doğru yönəlir, inilti səsi eşidir və bir dəri-bir sümük qalan, yeni yeriməyə başlayan uşağın yerə yıxılıb, qaldığını görür. Balaca qızın fotolarını çəkərkən kök bir leşyeyən uşağın yaxınlığına enir. Xəstəlik səbəbindən qurbanlara toxunmamaları ilə bağlı xəbərdarlıq aldıqları üçün Karter kömək etmək əvəzinə, hiyləgərcə uşağı izləyən quşun uçub getməsi ümidi ilə 20 dəqiqə gözləyir. Amma leşyeyən getmir və Karter onu qorxudub, qaçırır, uşağın mərkəzə doğru gedişini izləyir. Daha sonra isə siqaret yandırır, tanrı ilə “danışır” və ağlayır.
“New York Times” fotonu yayımladıqdan sonra oxucular uşağın sonrakı aqibətini öyrənmək istədilər və Kevin Karteri balaca qıza kömək etmədiyi üçün tənqid etdilər. Bu məsələ qısa müddətdə fotoqrafların yardıma ehtiyacı olan şəxsləri çəkən zaman müdaxilə edib-etməmələri ilə bağlı müzakirələrə səbəb oldu. Kevin Karter “Pulitzer” mükafatını aldıqdan 3 ay sonra 1994-cü il iyulun 27-də intihar etdi. O avtomobilində dəm qazı ilə boğularaq 33 yaşında həyatdan köçdü.
İllər sonra aparılan araşdırma leşyeyənin qurbanı olduğu ehtimal edilən uşağın sağ qaldığını üzə çıxardı.
Hər kəsin uzun illər qız zənn etdiyi uşağın əslində oğlan olduğu və Nyonq Konq adı daşıdığı məlum olub. Yaxınları Nyon Konqun 2008-ci ildə xəstəlikdən keçindiyini açıqlayıblar.modern
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 30-01-2020 10:22
Baxış sayı: 3776Yazı axını
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
Ən çox oxunanlar










.jpg)

















