Reklam
“Apardı sellər Saranı” Təbrizdə – Şəkil
04-02-2020 14:43
“Apardı sellər Saranı” əsəri İbrahim Abbasəlizadənin rejissorluğu ilə Təbrizin Mədəniyyət Evinin “Şəms” salonunda səhnələşdirilib. Dalidag.az xəbər verir ki, bu barədə “Təbriz-e mən” saytı məlumat yayıb.
Əsər Təbriz, Tehran, Naxçıvan və Türkiyədə uğurlu çıxışlardan sonra fevralın 3-ü yenidən səhnəyə qoyulub. Seyid Mürtəza Haşimpurun əsəri əsasında səhnələşdirilən tamaşada Sevda Rzayi, Behnam Pənahi, İbrahim Abbasəlizadə, İrəc Oca Yari, Nəsibə Seyidi, Fərzad Səqqa, Əli Süleymani rol alıblar.
Əsərdə düşmənin Muğan bölgəsini işğal etməsindən bəhs edilir. Düşmən əsgərləri evləri yandırır, xanımları əsir götürür, sevgilisi Xan Çoban orada olmayan Sara atası ilə sağollaşdıqdan sonra əsgərlərin düşərgəsindən qaçaraq özünü Arpaçaya atır.
Qeyd edək ki, tamaşa hər gün saat 18:30-da “Şəms Təbrizi” (Fəcr bağı) Mədəniyyət Evində nümayiş olunacaq.kult.az
Dalidag.az


Kateqoriya: Mədəniyyət
Tarix: 04-02-2020 14:43
Baxış sayı: 3823Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























