Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə

Prezident İlham Əliyev Kəlbəcər və Zəngilan şəhərlərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, Sərəncamla Kəlbəcər və Zəngilan şəhərlərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vətəndaşları qəbul edib. Dalidag.az -ın xəbərinə görə, fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri istiqamətində

Bu gün istər Təhməzoğlu təxəllüsü, istərsə də Şirinov soyadı ilə özünü sevdirməyi bacaran, yetərincə nüfuz sahibi olan həkim-şair Zərraf Şirinovun doğum günüdür. Dəyərli professorun 60 yaşı tamam olur. Peşəsi, insanlığı, vətənpərvərliyi, xarakteri ilə soyadını, şeiriyyəti ilə təxəllüsünü təsdiqləmiş bir insandır Zərraf həkim. Deyə bilərik ki, 60 il gəldiyi yolda şairin həyatının mayakı sevgi olub. Bu onun nurlu çöhrəsindən, işıqlı baxışlarından, həlim danışığından, son dərəcə nəzakətli

Mineral xammal bazasının gücləndirilməsi məqsədilə bu ilin 8 ayı ərzində Kiçik və Böyük Qafqaz filiz rayonlarında, eləcə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında geoloji-kəşfiyyat işləri aparılıb. Dalidag.az bildirir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib. O qeyd edib ki, ötən müddət ərzində Kiçik və Böyük Qafqaz filiz rayonları üzrə Göygöl, Buzluq, Küngüt sahələrində, Kəlbəcər və Laçın rayonu ərazilərində filiz və qeyri-filiz yataqlarında geoloji

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

“Qanlı kaha” filminin Başlıbel kəndi ərazisində çəkilişləri başa çatıb . Dalidag.az xəbər verir ki, Azərbaycan Dövlət Televiziyasının “Telefilm” Yaradıcılıq Studiyası tərəfindən hazırlanan sənədli-bədii film 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində mühasirədə qalmış sakinlərin başına gələnlərdən, erməni silahlı birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi kütləvi qətliamdan bəhs edir. Yaradıcı heyət hadisə şahidlərinin iştirakı ilə 10 gün ərzində Başlıbel kəndindəki

Mübariz Cabbarov və Yaqub Cabbarov Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib. Bu dəfə ölüm adlı qarşısıalınmaz qüvvə şeiri, sənəti, insanlığı ilə kəlbəcərlilərin könlündə sevgi taxtı quran Yaqub Cabbarov ocağına əl uzatdı. Dalidag.az xəbər verir ki, şairin oğlu Mübariz Cabbarov dünən səhər saatlarında qəflətən vəfat edib. Yaxınlarının saytımıza verdiyi məlumata görə, 52 yaşlı M.Cabbarov ürəktutmasından dünyasını dəyişib. Mərhum dünən dəfn olunub. Bir qız övladı yadigar qalıb. Qeyd edək ki,

Bu gün əsl ziyalı kimi ümumi mənafeyi şəxsi mənafeyindən üstün tutan, həmişə, hər yerdə yetərincə insanlıq nümayiş etdirən, vətənpərvər, yurduna, el-obasına bağlı olan dəyərli həmyerlimiz Vidadi Murtuzayevin doğum günüdür. Kəlbəcərlilərə xas mehribançılığı, qaynarlığı, dostcanlığı müsbət keyfiyyət kimi özündə formalaşdıran, sevgisi, əməli ilə vətən oğlu olduğunu hər addımında sübuta yetirən, vətəndaşlıq missiyasını alnıaçıq, üzüağ davam edən V.Murtuzayev bu gün ömür kitabının 50-ci səhifəsini
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024