Reklam
Vətəni Vətən edən qəhrəman - Şəhid polkovnik-leytenant Zaur Cəfərov
04-03-2024 15:30

Bu Vətən onu sevən, uğrunda heç bir şeyini, canını belə əsirgəməyən igid oğulların sayəsində var və var olacaq. Çünki, onu qoruyan oğullar var və həmişə olacaq. Adını şəhidlik zirvəsinə ucaldan qəhrəman oğullar bir daha təsdiqlədi ki, bu Vətən basılmaz. 44 günlük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı hadisələr göstərdi ki, oğullarımız hər an düşmənə sipərdi.
Vətəni Vətən edən o qəhrəmanlardan biri də 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Zaur Cəfərovdur. Bu gün şəhidimizin doğum günüdür. Zaur Hüseyn oğlu Cəfərov əslən Kəlbəcər rayonundandır. O 1980-ci il martın 4-də Kəlbəcər rayonunun adı müasir Azərbaycan tarixinə dəhşətli faciəsi ilə yazılan Başlıbel kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi biliklərə yiyələnib. Məktəbi Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi ilə bitirib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müxtəlif vaxtlarda artilleriya batareya komandiri, artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini, artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini, artilleriya divizionunun komandiri kurslarını müvəffəqiyyətlə bitirib. Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlığı ilə fərqlənib. Polkovnik leytenant Zaur Cəfərov 10 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. II “Şəhidlər Xiyabanı”nda dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda” , “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Şəhid polkovnik ailəli idi. 2 qız, 1 oğlan övladı bizlərə əmanətdir. Ruhu şad olsun!
Sevinc
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 04-03-2024 15:30
Baxış sayı: 3494Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























