Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, noyabrın 17-də polis əməkdaşları Kəlbəcər rayonunda xidmət apararkən müvafiq icazələri olmayan və rayon ərazisinə nəzarət postlarından

Bu gün görkəmli şair, nasir, publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun doğum günüdü. Dalidag.az bildirir ki, yaşasaydı el ağsaqqalı 90 yaşını qeyd edəcəkdi. Qeyd edək ki, Q.Qurbanov 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur saz-söz ustası Aşıq Şəmşirin ailəsində dünyaya gəlib. Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalları ilə təltif edilib. O bir sıra məsul vəzifələrdə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bərdə rayonu, Məcburi köçkün qəsəbəsi, Kəlbəcər rayon 79 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH

Yevlaxda intihar hadisəsi olub. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon sakini, 49 yaşlı Nəsimi Xəlilov Kövər kəndində yerləşən evinin özünü asıb. Onun psixoloji problemlərlə əlaqədar intihar etdiyi ehtimal edilir. Araşdırma aparılır.

Ermənilərin işğal dövründə Kəlbəcər rayonunun Vəngli kəndində azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri hazar sökülüb. Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 7-də həmin kənddə səfərdə olan zaman hasarın sökülməsi barədə göstəriş verib. Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə olan kommunal-təsərrüfat işçiləri hasarı söküblər. Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar. Dalidag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər. Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Faiq Mehdiyevə təqdim edib. “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı” münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Cənab Prezidentin 22 iyun 2023-cü il tarixli, 3938 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kürdəmir şəhəri, Məcburi köçkün qəsəbəsi, Kəlbəcər rayon 29 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər.

Gəncə-Toğanalı-Kəlbəcər yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var. Dalidag.az xəbər verir ki, "UAZ" markalı avtomobilin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz verib. Tanınmış pedaqoq, ictimai xadim Musa Əziz (Musa Yunis oğlu Əzizov) faciəli şəkildə həlak olub. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan Musa müəllim həm də müxtəlif mövzuları əhatə edən yazıları ilə dövri mətbuatda çıxış edirdi, ictimai işlərdə fəallıq göstərirdi. Uzun müddət Kəlbəcərdə çıxan "Yenilik” (“Kəlbəcər harayı”) qəzetinin əməkdaşı olub. Qeyd edək ki, Musa Yunis oğlu Əzizov 5 iyun 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05 / 04 / 2026