Reklam

Ədil İmran oğlu... Adı kimi özü də ədalətli, sakit, lakin dəmir iradəli bir insan idi. Onun həyatı müharibə, itki, həsrət, lakin eyni zamanda şöhrət, ləyaqət və vətənə bağlılıq dastanı idi. O, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdu. Moskvadan Berlinə qədər uzanan qanlı döyüş yollarından keçmiş, bir ayağını itirmiş, lakin iradəsini əyməmişdi. Qələbə ilə Vətənə döndü. Amma özü ilə gətirdiyi yaralar yalnız bədənində yox, ruhunda da yaşamağa davam edirdi. Doğma Kəlbəcərin Hacıkənd kəndi,

Bu gün 9 May - faşizm üzərində qələbə günüdür. Dalidag.az bildirir ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Bu müharibədə

Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək. Dalidag.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb Yevlax–Bərdə dəmir yolu xəttində həyata keçiriləcək yenidənqurma işləridir. “Bu marşrut üzrə sonuncu reyslər 9 və 10 may tarixlərində həyata keçiriləcək. Yevlax–Bərdə dəmir yolu xəttinin yenidən qurulması nəticəsində Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq”, - məlumatda

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocavənd rayonunun Ağdam və Xocavənd şəhərlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Dalidag.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə

Xanım Anela "Ö lmüş insanın yasını saxlamaq, yaşadığını bildiyin insanın yasını saxlamaqdan daha asanmış. Hər ikisinin dadını bilirəm… Ölənin arxasınca ağlayırsan, ağlayırsan… sonda qəbul edirsən. Gəlməyəcəyini bilirsən, görməyəcəyini bilirsən, ümidin tamamən yox olur. Onu qəlbində, xatirələrində yaşadırsan. Bir də ölənin arxasınca xatirələr adətən xoş olur, onun üçün darıxırsan. Amma… xoş xatirələrim nə qədər az olsa da, mən sənin üçün də darıxıram… Bu gün iki ay tamam olur – bir-birimizin

Deyirlər, dünya bir pəncərədir, hər gələn baxar gedər. Kimlər gəldi-getdi, kimlər baxdı bu pəncərədən... Hərənin də öz missiyası, öz yolu. Kimi ad qoydu getdi, kimi iz, kimi nişanə. Kimisi də yaşamamış kimi. Onun da taleyinə söz ömrü yazılmışdı. Gəldi, bu dünyanı şeirləri ilə gözəlləşdirdi və getdi... Nuridə Misir imzası ilə könüllərdə yaşayan o gözəl qadını deyirəm. Təəssüf ki, ağır, uzun müddət əziyyət çəkdiyi xəstəlik onu bu dünyadan tez qopardı. İki ildən artıqdır cismən aramızda yoxdur.

Fərid Muradzadə * * * Deyirsən ki, tərk elədi, neyləyim? Hamı kimi vəfasızdı bu adam. Nə biləsən nələr çəkir içində, Tükənibdir, şəfasızdı bu adam. Bir kimsəni incitməyib, üzməyib, Haqq yeməyib, haqsızlığa dözməyib, Düzdə qalıb düz danışıb, düz deyib, Hiyləsizdir, riyasızdır bu adam. Kül etdilər alovunu, közünü, "Filankəslər" batırdılar səsini, Öz cismində itiribdir özünü, Ünvansızdı, yuvasızdı bu adam. Dalidag.az
"Ağa Laçınlının poeziyasında bədii məcazlar, bənzətmə və metaforalar yüksək sənətkarlıqla öz bədii əksini tapmışdır"
(5-05-2026, 20:20)
(5-05-2026, 20:20)

İlham Məmmədli , filologiya üzrə fəlsəfə doktoru, dosent AğaLaçınlı milli poeziyamızda öz dəst-xətti olan, müxtəlif janrlarda və formalarda çoxsaylı əsərlər qələmə almış bir ədib kimi Azərbaycan ədəbiyyatında öz möhürün vurmuş istedadlı şairlərimizdəndir. O, bədii yaradıcılığını elmi fəaliyyətlə paralel şəkildə davam etdirmiş tanınmış alimlərimizdəndir. Uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş Ağa Laçınlı böyük bir filoloqlar nəslinin yetişməsində xüsusi

Sevinc QƏRİB * * * O darıxan yolun üzünü güldürdüm bu səhər, yenə sevindirdim izlərimsiz qəribsəyən yolu. Bitirdim həsrətini ayaqlarımın da, xiffət üzü silindi izlərimin. Nə fərqi var, hara aparır məni- sevincə ya kədərə.., təki yol hicrana yenilməsin, təki ayaqlarım yoldan kəsilməsin... Yolun başında ayaqlarımı qucmaq havası, qolları açıq qucaq kimi həvəsli. Ayaqlarımın könlündə yerimək sevdası, içimdə vurnuxan titrək kəpənək, yola susamış arzuların dirçəliş səsi, yol qovuşuq nəfəsli... Yol

Bakıda şəhid ailəsini təhqir edən həbs olunub. Dalidag.az xəbər verir ki, Xəzər rayonunda cəmiyyətə açıq hörmətsizlik edərək nümayişkaranə şəkildə şəhid ailəsinin üzvlərini təhqir edən 42 yaşlı N.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Qədirov inzibati qaydada həbs edilib.
Yazı axını
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
Ən çox oxunanlar



























