"Dəlidağ" Ədəbi Birliyinin təşəbbüsü Azərbaycan Aşıqlar Birliyi və Sumqayıt şəhər Poeziya evinin təşkilatçılığı ilə dövrünün tanınmış saz-söz ustadı Nəbi Dilsuzun (Molla Nəbi Kəlbəcərli) anadan olmasının növbəti ildönümü münasibətilə sazlı-sözlü tədbir keçiriləcək. Dalidag.az xəbər verir ki, gecədə aşıqlar tərəfindən şairin dastanlarından parçalar söyləniləcək, şeirlərindən nümunələr səsləndiriləcək. Maraqlanan hər kəs tədbirdə iştirak edə bilər. Qeyd edək ki, tədbir may ayının 21-də saat

Xankəndidə keçirilən beynəlxalq konfransda Bakı Dövlət Universitetinin doktorantı Jalə Nağıyeva “Sücaət poeziyasında yurd itkisi və kollektiv yaddaşın poetik ifadəsi” mövzusunda məruzə ilə çıxış edib. Dalidag.az xəbər verir ki, bu günlərdə baş tutan VII Beynəlxalq Dədə Qorqud Türk Mədəniyyəti, Dil, Tarix və Ədəbiyyat Konfransı türk dünyasının müxtəlif ölkələrindən alim və tədqiqatçıları bir araya gətirdi. Tədbirdə türk xalqlarının dili, folkloru, tarixi, ədəbiyyatı və milli-mədəni yaddaşı ilə

Azərbaycanda bir sıra şəxslər pulsuz torpaq əldə etmək hüququna malikdir. Dalidag.az xəbər verir ki, bu barədə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdrılması qaydaları haqqında” Əsasnamədə bəhs olunur. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdrılması qaydaları haqqında” Əsasnamənin 13-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş

Azərbaycan Ordusunda silah, döyüş, eləcə də xüsusi texnikalar 2026-cı ilin hazırlıq planına uyğun olaraq, yaz-yay mövsümündə istismar rejiminə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirlər çərçivəsində şəxsi heyətə texnikanın mövsümə uyğun istismarı və texniki qulluq qaydaları öyrədilib, təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılıb, eləcə də hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib. Texniki

Bu gün Xocalıya qayıdan ailələr arasında 10 övladlı gənc ailənin köçü xüsusi diqqət çəkib. Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanov 12 nəfərdən ibarət ailəsi ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb. Uzun illər doğma torpaqlarından ayrı düşən Buludxanovlar ailəsi bu gününün sevincini paylaşır. İllərlə həsrətində olduqları ata-baba yurduna qovuşan ailə artıq yeni həyatına öz doğma ocağında başlayır. Xüsusilə ailənin 10

Coşqun Nəsibli həm vətəndaşlara xidmət edən nümunəvi əməkdaş, həm də qəhrəman ailəsinin üzvü kimi diqqət çəkir. O, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın qardaşıdır və ailəsinin qəhrəmanlıq tarixini yaşatmaqda mühüm rol oynayır. Coşqun Nəsibli Baku TV-yə bildirib ki, Kəlbəcər şəhərinə ilk köçənlərdəndir: "İlk açar atama təqdim olunub. Özüm Kəlbəcərdə yerləşən DOST xidmət məntəqəsində çalışıram. Bu mənim üçün böyük qürurdur. Sakinlərin dostu olmaq, onlara bir pəncərədən xidmət göstərmək

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəis polkovnik Zöhrab Camalovla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kəlbəcər rayon 14 nömrəli tam orta məktəbinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə

Azərbaycan demoqrafik və iqtisadi artım, infrastrukturun inkişafı və ərazi planlaşdırılması islahatları ilə bağlı mühüm şəhər transformasiyası proseslərindən keçib. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda qeyd edib. O qeyd edib ki, Yeni Dövlət Proqramı çərçivəsində

Təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur. Dalidag.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Məlumata görə, cari ildə layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq şirkət olan “Clarivate”in mütəxəssisləri və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidag.az xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 5 ailə - 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə - 453 nəfər köçürülür. Qeyd edək ki, Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Dalidag.az
Yazı axını