Kəlbəcərli şair Yusif Hüseynin bacısı Səhlab xanım dünyasını dəyişib. Dalidag.az xəbər verir ki bu barədə şair özü məlumat verib: "İtliklərimizin hamısı ağrı-acılıdı, dostlar. Dünən, 13 fevral 2021- ci ildə bacım Şirinova Səhlab Hüseyn qızını Gəncədə 78 yaşında dəfn etdik. Otaqlı kəndindən rəhmətlik Nəcəf müəllimin həyat yoldaşı idi. Allah rəhmət eləsin. Ruhu şad olsun! Taleyin yazısından çıxmaq olmaz. Dəfnə gələnlərə, zəng edənlərə öz təşəkkürümü bildirirəm. Ölənlərinizə rəhmət, dostlar".

Ötən il Ermənistanda ölüm səviyyəsi 2019-cu ilə nisbətən 35 faiz artıb. Dalidag.az xəbər verir ki, bu barədə erməni saytları yazırlar. Qeyd olunur ki, 2019-cu ildə ölüm sayı 26 min 200 nəfər olubsa, 2020-ci ildə bu say 35 min 370 nəfərə çatıb. Bu statistikaya müharibə və koronavirusda ölənlər də daxil edilib. Nəzərə alsaq ki, ötən il Ermənistanda 2823 nəfər COVİD 19-dan ölüb, onda 2019-cu illə müqayisədə 9 min 170 ölümdən yerdə qalan 6 min 347 nəfərin müharibədə tələf olduğunu ehtimal etmək

"Dağlıq Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib". Dalidag.az xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar. Bu gün Ermənistandan Dağlıq Qarabağa 38, ümumilikdə 52.511 nəfər geri qaytarılıb. Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər. Gün ərzində 54 hektar ərazi, 15 km yol, 40 yaşayış binası

Uşaq təfəkkürünün, uşaq düşüncələrinin alt qatında böyümək sevincinin ilk işığını duyduğumuz məkan məktəbdi. “Artıq böyümüşəm, məktəbə gedirəm” deyib “birdən-birə böyüyən” uşaqların ilk böyük sevinci də yəqin ki, məktəbə qədəm qoyduqları gün yaşadıqları sevincdi. Bu unudulmaz sevinci əvəzləyən biliklərə yiyələnmək, təhsil almaq arzusu artıq şəxsiyyət kimi yetişməyə hazır şagirdlərin gələcəkdə kim olma adına atdıqları addımların yəqinlik məqamıdır. Və bizi yetişdirən o təhsil ocaqlarının sütunu,

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tətbiq etdiyi yüksək dəqiqlikli silahlar, müxtəlif tipli pilotsuz uçan aparatlar və istifadə olunan hücum taktikası baxımından hələ də aparıcı dünya ölkələrinin hərbi mütəxəssisləri tərəfindən təhlil olunur. ABŞ başda olmaqla bir çox ölkələr isə artıq bu müharibənin təcrübəsini nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik edirlər, gələcəyin müharibələrində dronların kritik rol oynayacağını nəzərə alırlar. Bu müharibə zamanı Azərbaycan ordusu

İntiqam Aqşin oğlu Hüseynov Goygol rayonunun Hacıməlik qəsəbəsində yaşayır. Xeyli vaxtdır duyğularını, hislərini sözə çevirir, şeir yazmaqla içini titrədən ağrıları ovutmağa çalışır. İ.Hüseynov yeddi yasından sonra taleyin sərt üzü ilə rastlaşıb, birinci qurup əlildir. Dalidag.az İntiqam Hüseynovun bir neçə şeirini oxuculara təqdim edir. Qeyd edək ki, şeirlər müəllifin ilk qələm təcrübəsidir. Texniki qüsurlar, bədii çatışmamazlıqlar bağışlanan olar deyə düşündük. Müəllifə uğurlar arzulayır və

Keçmiş Dağlıq Qarabağın nəzarətimizdə olmayan hissəsində fəaliyyət göstərən separatçı erməni rejiminin tör-töküntüləri “varlığı”nı sübut etmək üçün bəzi işlər görməyə başlayıb. xəbər verir ki, Xankəndindəki erməni nəşrlərin yaydığı məlumata görə, bu günlərdə Xocalı rayonunun “Ovsepavan” adlandırılmış Daşbulaq kəndində son müharibədə köçkün düşmüş ermənilər üçün tez tikilən taxta evlər qurulmağa başlanıb. Bu haqda Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən “Şen Artsax” şirkətinin direktor

Dalidag.az “Yeni Müsavat” Media Qrupunun Xocavənd rayonun Edilli kəndindən reportajını təqdim edir: Qarabağ ətrafında təxribatlar başlamazdan əvvəl bu kənddə ermənilər və azərbaycanlılar birlikdə yaşayıb. Edilliyə yola düşərkən bizi maraqlandıran və haqqında daha əvvəllər də danışdığımız Kamo Ağacanyan haqqında araşdırma aparmağı da planlaşdırmışdıq. Bizimlə yol yoldaşı olan və illər sonra kəndinə qayıdan Edilli sakinləri ilə də bu haqda danışdıq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın

Hər gələn nəsil ötən illərin daha yaxşı, o vaxtlar münasibətlərin daha səmimi və isti olduğunu vurğulamaqdan çəkinmir. Əslində bu bir həqiqətdir. İndi məişət qayğılarının hər şeyi üstələdiyi, problemlərin hədsiz çox olduğu bir zamanda dünənlə bu günü müqayisə etmək sadəcə yersiz və absurddur. Zaman atını dördnala çapır və biz bu tələsiklikdə kimin, nəyin harda, necə olmasından xəbərsiz oluruq çox vaxt. Dövrün inkişaf mərhələsində hadisələrin cərəyan ardıcıllığının xronologiyasından uzaqda

Məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hazırlıq görülür. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırda bu kateqoriyaya daxil olan insanlar arasında sorğu keçirilir. Məqsəd könüllü qayıtmaq istəyən şəxslərin siyahısını tərtib etməkdir. Maraqlıdır, bu proses necə gedir? Köçkünlər öz doğma yurd-yuvalarına qaytmağa hazırdırmı? Dalidag.az xəbər verir ki, Milli Məclisin Kəlbəcərdən seçilmiş deputatı Aqil Məmmədov yenisabah.az-a açıqlamasında təmsil etdiyi seçicilərin öz
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024