Süleyman Sani Rzaqulu bəy oğlu Axundov oktyabr ayının 21-i 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan bir müəllim idi. O, maarif işini Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasına sərf etmişdir və Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə xidmət edirdi. Süleyman Sani Axundov mart ayının 29-u 1939-cu ildə Bakıda vəfat edib və qəbridə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb. Qeyd olunub ki, münaqişənin davam etdiyi 30 ilə yaxın dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin sosial problemlərinin həllinə Birinci

Kəlbəcər rayonu noyabr ayının 25-də işğaldan azad edildikdən sonra Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daimi dislokasiya yerlərinə qayıdıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dağların qoynunda qərar tutan bu rayonda polis əməkdaşları DİN Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparırlar. Rayonda yerləşdirilən şəxsi heyət təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, əraziyə yalnız xüsusi icazəsi

Son günlər rəsmi və qeyri-rəsmi dairələrdə azad edilmiş yurd yerlərimizin necə bərpa edilməsi ilə bağlı müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Sözsüz ki, bu hazırda qarşıda duran ən prioritet məsələdi. Ancaq səsləndirilən fikirlər içində şəxsən bir vətəndaş olaraq məni qane etməyən, gələcəkdə reallaşma təhlükəsi mümkün olan məqamlar var. Bu, əsasən bir neçə kəndin birləşdirilməsi və yaxud bir neçə kəndin tikiləcək eyni qəsəbəyə yerləşdirilməsidi. Bu ilk baxışda məqbul sayılsa

Şairlik, söz adamı olmaq Yaradanın bir lütfüdür. Hər nə qədər çətin və əzablı olsa da özündən Tanrıya gedən yolun yolçuluğunda bütününə varmaq xüsusiyyətinin təsəllisi xoşbəxt edir insanı. Tanrının seçilmişlərindən olmaq, dünyanın içində dünya yaratmaq xoşbəxtliyinin hər kəsə nəsib olmaması da şairin tale şansıdır. Onun da qismətinə yeni, fərqli fikirləri, duyğularının poetik təzahürü ilə Söz adlı dünyada var olmaq düşüb. Söhbət dəyərli şair, yazarların dostu Dayandur Sevgindən gedir. D. Sevgin

Qarabağda erməni silahlı birləşmələrinin yaxın vaxtlarda tərkisilah ediləcəyi haqqında yayılan məlumatlar doğrudur. Dalidag.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında siyasi ekspert Fərid Əkbərov bildirib. O bildirib ki, müharibədən sonra Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın öncədən dediklərinin hamısı düz çıxıb: "Əslində, burada təəccüblənəcək bir şey yoxdur. Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılması haqqında qərar həm 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Rusiya və

Azərbaycan Ordusunun Sünikə, Xinzirək (Nerkin Xndzoresk) kəndinə girməsi barədə erməni sosial şəbəkələrdə həyəcan və təşviş dolu paylaşımlara reaksiya verilib. Dalidag.az xəbər verir ki, Sünik vilayətinin Xinzirək kəndinin icma sədri Ervand Malunts bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib. “Rəsmi olaraq Azərbaycan Ordusunun Xinzirək kəndinə girmədiyini elan edirəm. İcmada hər şey qaydasındadır, burada bir nəfər də olsun azərbaycanlı yoxdur”, - Malunts bildirib. Lakin bir müddət sonra

Xəbər verdiyimiz kimi, ötən gün günorta saatlarında Ağdam rayonu ərazisində baş verən partlayış nəticəsində bir əsgərimiz həlak olub, ikisi isə yaralanıb. Dalidag.az xəbər verir ki, hadisə nəticəsində həlak olan əsgər Zeynalov Qubad İslam oğludur. Vətən müharibəsinin iştirakçısı olan Zeynalov döyüşlər zamanı yaralansa da, sonradan yenidən cəbhəyə qayıtmışdı. O, döyüşlərdə göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdi. Əslən Hacıqabul
Yazı axını