Reklam
Ağdamdakı partlayışda həlak olan əsgərimizin ŞƏKLİ
05-02-2021 09:29

Xəbər verdiyimiz kimi, ötən gün günorta saatlarında Ağdam rayonu ərazisində baş verən partlayış nəticəsində bir əsgərimiz həlak olub, ikisi isə yaralanıb.
Dalidag.az xəbər verir ki, hadisə nəticəsində həlak olan əsgər Zeynalov Qubad İslam oğludur.
Vətən müharibəsinin iştirakçısı olan Zeynalov döyüşlər zamanı yaralansa da, sonradan yenidən cəbhəyə qayıtmışdı. O, döyüşlərdə göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdi. Əslən Hacıqabul rayonundan olan 19 yaşlı Qubad Zeynalov 2019-cu ildə orta məktəbdən məzun olub hərbi xidmətə yollanmışdı.
Qeyd edək ki, sözügedən hadisə zamanı digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.(qafqazinfo)
Dalidag.az



Kateqoriya: Manşet / Qarabağ
Tarix: 05-02-2021 09:29
Baxış sayı: 4430Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























