Bu mövzunun bir xalq üçün nə qədər həyati əhəmiyyətə malik olması təkcə dilçilərə deyil, hər bir təfəkkür sahibinə məlumdur. Əminliklə deyə bilərik ki, Azərbaycan adlı bir müstəqil dövlətin qurulub inkişaf etdirilməsinin dayaq nöqtələrindən biri də dilimizin leksik-semantik, qrammatik özəllikləri ilə malik olduğu nüfuzudur. Bu nüfuzun tarixi V-VII əsrlərə dayanır. Müasir dövrdə də qonşu xalqların dilində, məsələn, bədxah erməni dilində 5 mindən çox(!) türk sözü işlənməkdədir. Qonşu gürcü

Nəcəf bəyin Azərbaycan dramaturgiyasının formalaşmasında, inkişafında, zənginləş-dirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri vardır. Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında “Müsibəti Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoyan böyük bir ədibdir. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatının genişlənməsində onun böyük xidmətləri olmuşdur. Nəcəf bəyin dünyagörüşünün inkişafında müəlllimi Həsən bəy Zərdabinin əziyyəti, mühüm istiqamət verici rolu danılmazdır. O, “Əti

Sünik (Zəngəzur) bölgəsində demoqrafik vəziyyət mənfiyə doğru dəyişir. Dalidag.az xəbər verir ki, son bir ildə 1300 erməni Süniki tərk edib. “Joxovurd” qəzeti yazır ki, son bir ildə Ermənistanın bütün bölgələrində əhalinin sayı azalmaqdadır. “Məsələn, Lori bölgəsində 700, Araratda 100, Şirakda 400 nəfər azalıb. Ən çox azalma isə Sünikdə qeydə alınıb: 1300. Bu, yaxşı gələcək vəd etmir”, - qəzet yazır. 44 günlük müharibədən sonra Ermənistanın Sünik bölgəsində qanunsuz irəli çəkdiyi dövlət sərhədi

Bu gün “Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66” ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb. Dalidag.az -ın məlumatına görə, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma

Sosial obyektlər və yaşayış binalarının enerji və su təchizatı sistemlərinin bərpası üçün 25 “KamAZ” markalı hərbi maşın və onları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin 4-cü rus karvanı Kəlbəcər bölgəsinə 180 tondan çox yük (elektrik avadanlığı, gücləndirilmiş beton konstruksiyalar və tikinti materialları) çatdırıb. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrından

Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib. Dalidag.az xəbər verir ki, hadisə Yardımlı rayonunda baş verib. Belə ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Qəliyev Fərid Tofiq oğlu yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib. Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu. Yardımlı rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.unikal.org Dalidag.az
Yazı axını