Ermənistanın Geqarqunik (Kəlbəcər ərazisi) vilayətinin sərhəd ərazisində yerləşən külək elektrik stansiyası Azərbaycanın nəzarətinə keçib. Ermənistan KİV-i xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Armen Tatoyan məlumat verib. O bildirib ki, sözügedən 200 hektarlıq ərazi hökumət tərəfindən biznesmenə 30 il müddətinə icarəyə verilmişdi: "Sonradan kadastr komitəsində iş adamının torpaq sahəsi almaq hüququ qeydiyyata alınıb. 2018-ci ildə isə şirkət elektrik enerjisi istehsal etmək üçün lisenziya

“Mən qalıram”, “Ev”, “Beş gəlin” filmləri və “Karamazov qardaşları”, “Ləğv”, “Dövrümüzün qəhrəmanı”, “Apostol”, “Doktor Tırsa” serialları ilə tanınan rusiyalı prodüser Sergey Danielyan Bakıda anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, Səməd Vurğun adına Rus Dram Teatrında çalışıb. Hazırda Moskvada yaşayır, özünə təqaüdçü deyir və Feysbuk səhifəsində statuslar paylaşır. Dalidag.az -ın verdiyi xəbərə görə, bu günlərdə Danielyan belə bir ifadə işlədib ki, erməni milləti özünə gəlməli və

“Qadın öz potensialını tapmalı, onu inkişaf etdirməlidir və yalnız bundan sonra onu gözəl gələcək gözləyir”. Düşünürəm ki, filosof Oşonun bu fikirlərini yazıçı Narıngül Nadirin yeni “Günəş üzlü qadın” kitabının mahiyyətinə aid etmək olar. Kitabdakı hekayələr qadın ruhunun azadlığı və əsarətindən boy alıb. Yazıçı kitabı bir hekayəsinin adı ilə- “Günəş üzlü qadın” adlandırıb. Əslində bu adı demək olar ki, kitabdakı hər hekayəyə başlıq seçə bilərik, çünki hər hekayətdə bir günəş üzlü qadın var;

Ermənistanın ikinci Qarabağ müharibəsində kapitulyasiyasının ardınca baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət itttifaqının-“Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri yeni hərəkat yaradıblar və ona yeni ad veriblər: “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda”. Dalidag .az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu hərəkata da keçmiş hakimiyyətin nümayəndələri başçılıq edirlər. Məsələn, Serj Sərkisyanın Respublika partiyasından keçmiş deputat Ayk

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Dalidag.az xəbər verir ki, İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi
Yazı axını