Təpədən-dırnağa sözə köklənmiş Kəlbəcər adlı möcüzə yurdun şair təbiətli, duyğularla anlaşan, ruhu təbiətlə danışan insanları çoxdu. Ədəbiyyata dəyərli imzalar bəxş etmiş Kəlbəcərin özünəməxsus şeiriyyət aləmi, şöz-sənət ocağı var. Bu mübarək yurdun söz dünyasına yol alan könlümüzün növbəti dayanacağı Elçin Şirinov poeziyası oldu. Bu gün onun özəl günüdür. Şairə ürək sözlərimizi ünvanlamaq və ötən illərdən fərqlənən builki doğum günününün sevincini bölüşmək istədik. Şirinovlar şəcərəsinin

U şaq vaxtından tanıyıram onu. Lap uşaqlıqdan. Hamı kimi adi, sadə bir uşaq idi. Kəndimizdəki bütün uşaqlar kimi zəhmətkeşliyi də var idi, dəcəlliyi də, qayğıkeşliyi də. Ailələrində elmə, təhsilə, böyük hörmət olduğundan zəhmətkeşlikdən də, dəcəllikdən və qayğıkeşlikdən də öncə gündəlik dərslərini öyrənmək, təkrarlamaq, biliyini daha da artırmaq üçün əlavə ədəbiyyatlardan istifadə etmək onların ailəsində yazılmamış qanun idi. Evlərində yüzlərlə kitabları özündə saxlayan böyük kitab rəflərində

"...Sən yatanda gecələr Ruhum, xəyalım ilə Gecənin qanadında sənə qonaq gələydim..." Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir: *** Sən yatanda gecələr Buludlar arasından Oğrun-oğrun boylanıb pəncərəndən süzülən Ay işığı olaydım. Süzülüb pəncərədən otağına dolaydım, Sənin gül camalını vurğun-vurğun süzəydim. Pənbə dodaqlarından Doya-doya öpəydim. Yastığın üstündəki İlan kimi qıvrılan telini qoxlayaydım Körpə uşaqlar kimi, əllərindən tutaydım... Sən yatanda gecələr Sənin yuxularına

"Böyük ehtimalla bu vəzifəni müvəqqəti icra edən şəxs Nəcməddin Sadıkovun vəzifədən getdiyi ilk gündən təyin edilib”. Dalidag.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin boş qalan vəzifəsinə aydınlıq gətirərkən deyib. Ekspert silahlı qüvvələrin strukturunda əsas vəzifələrin boş qalmasını mümkün hesab etmir: "Orduda hansısa rəhbər, o cümlədən silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsindən azad və ya təyin
Yazı axını