Reklam
"Saçlarımda sənsizliyin qar izi..."- Elçin Şirinov
04-02-2021 17:22
Təpədən-dırnağa sözə köklənmiş Kəlbəcər adlı möcüzə yurdun şair təbiətli, duyğularla anlaşan, ruhu təbiətlə danışan insanları çoxdu. Ədəbiyyata dəyərli imzalar bəxş etmiş Kəlbəcərin özünəməxsus şeiriyyət aləmi, şöz-sənət ocağı var. Bu mübarək yurdun söz dünyasına yol alan könlümüzün növbəti dayanacağı Elçin Şirinov poeziyası oldu. Bu gün onun özəl günüdür. Şairə ürək sözlərimizi ünvanlamaq və ötən illərdən fərqlənən builki doğum günününün sevincini bölüşmək istədik. Şirinovlar şəcərəsinin layiqli davamçısı olan Elçin müəllim fizika üzrə ali təhsil alıb, ixtisasına uyğun fəaliyyət göstərməklə yanaşı, təhsil müəsisəsində rəhbər vəzifəni icra edir. Eyni zamanda yaradıcılıqla məşğul olur. Gözəl şeirlər müəllifidir. Baxmayaraq ki, özü, mən şair deyiləm deyir. Təvazökar olduğu qədər də işində, sözündə ciddi və məsuliyyətlidir. İyirmi səkkiz il yarımlıq yurd həsrəti bitdiyinə görə, əlamətdar gününü sevinc və fərəh hissi ilə qeyd etmək şairin haqqıdır.
Dalidag.az olaraq biz də bu sevincə qoşulur, dəyərli yurddaşımız, gözəl şair və pedoqoq Elçin Şirinovu təbrik edirik. Ona yaradıcılıq uğurları və işlərində müvəffəqiyyətlər arzulayırıq. Kəlbəcərdə şagirdlərinin və oxucularının əhatəsində uzun ömür, sevinci bol həyat nəsibi olsun. Şairin bir neçə şeirini oxuculara təqdim edirik.
Sevinc QƏRİB
Çəkərsən
Həzinliyi sazda "Sarıtel" kimi,
Bir sevgim var desəm, inanarsanmı?
***
Payız
Tapılmaz
Var
Dalidag.az olaraq biz də bu sevincə qoşulur, dəyərli yurddaşımız, gözəl şair və pedoqoq Elçin Şirinovu təbrik edirik. Ona yaradıcılıq uğurları və işlərində müvəffəqiyyətlər arzulayırıq. Kəlbəcərdə şagirdlərinin və oxucularının əhatəsində uzun ömür, sevinci bol həyat nəsibi olsun. Şairin bir neçə şeirini oxuculara təqdim edirik.
Sevinc QƏRİB
Çəkərsən
Sənin rəssamlığın vardı deyirsən
Mənə bir sevgini necə çəkərsən?
Oxşarı olarmı mənim sevgimə,
Gəncdimi, yaşını neçə çəkərsən?
Öyrənmişəm mən qəm evi tikməyə
Gül əvəzi qaratikan əkməyə
Əgər fikrin olsa bir gün çəkməyə
Onun da taleyin gecə çəkərsən.
Baxıb ürəyimin məlalına çək,
Gəl gülmə Elçinin bu halına çək.
Sevgimi, gözünlə xəyalına çək
Kağıza çəkdinsə heçə çəkərsən...
İnanarsanmı...
Düşüncəmə sarmaşıqtək sarışan,
Düşündükcə göz yaşıma qarışan, Öz ətriylə çiçəklərlə yarışan,
Bir sevgim var desəm, inanarsanmı?Vüqarıyla uca dağa bənzəyən,
Saflığıyla buz bulağa bənzəyən, Ağlamağı kür uşağa bənzəyən,
Bir sevgim var desəm, inanarsanmı? Şəlalətək, bir uçrumdan hay salan,
Qartal kimi qayalara qıy salan,Ürəyimə od-alovdan pay salan,
Bir sevgim var desəm, inanarsanmı?Arzuları qönçə tutmuş gül kimi,
Çılğınlığı coşub, daşan sel kimi,Həzinliyi sazda "Sarıtel" kimi,
Bir sevgim var desəm, inanarsanmı?
***
Ləçəyi qan qırmızı,
Laləm, gözəl al gülüm.
Mənim qara bağrımtək,
Bağrı qara xal gülüm.
Ləçəyində təravaət,
Baxışı sual gülüm.
Baxma qərib-qərib sən,
Bu torpaqda qəribsən?
Axı sən öz elində,
Kökündə cücərmisən.
Təklik qəriblik deyil,
Nahaq qəribsəmisən.
Bu torpaqda köküm yox.
Necə ildir yaz olur,
Cücərmirəm,bitmirəm.
Nə də ki bir dəfəlik
Öz yurduma getmirəm.
Düzünü de sən Allah,
Qərib mənəm,qərib sən?
Qürbətdə yüngül olar
Daş yerində ağırdı.
Nəfəsi qan igidlər
Qərib eldə fağırdı
Sən bu yerə aidsən
Bax budaqdan yarpağa
Mənsə özgəyəm, yadam
Lap təpədən dırnağa...
Bədənin qarışmırsa
Doğulduğun torpağa
Milyon il yaşasan da,
Qəribsən ki, qəribsən.
Bu yağış...
Bir payız axşamı üşüdüm sənsiz.
Səhərəcən dayanmadı bu yağış.
Yağdı, yudu tamam çölü-çəməni,
Nisgilimi yuyammadı bu yağış.
Dedim ki gözləri yoldadı yarım.
Dedim tükənibdi səbrim, qərarım.
Dedim sən yağanda artır qübarım,
Sənsizliyi duyammadı bu yağış.
Qar yağsaydı deyərdim yağ, təpələn.
Yağ dəniz ol, meh oynasın ləpələn.
Ha çağırdım; yağ, ruhuma səpələn
Yuxusundan oyanmadı bu yağış..
Payız
Bizim görüşümüz payıza düşüb.
Fəsil də payızdı, ömür də payız.
Xəzan yeli aramızdan əsməsin,
Bizi üşütməsin ömürdə payız.
Nə var ki, baharda aşiq olmağa
Hər çəmənin çiçəyi çox, gülü çox.
Naz alır, naz satır baharda güllər.
Bülbülün də nəğmə deyən dili çox.
Tənhalığın can üşüdən buzu var.
Ömrümüz də elə üzü qışadı.
Məni tezcə itirməyə tələsmə
Həsrət adı ayrılıqla qoşadı...
Tapılmaz
Axtarıb gəzəsən bütün dünyanı,
Səndən şirin sevgi payı tapılmaz.
Baxışı mənalı, duyğusu dərin,
Ala gözlərinin tayı tapılmaz...
Düşüncən ruhumun duyğu əkizi,
Bu sevda ömürlük yaşadar bizi,
Hər anımda düşüncənin bir izi
Sənli xəyalların sayı tapılmaz...
Zərifliyin tər bənövşə ləçəyi.
Səndə tapdım sevgi adlı gerçəyi.
Ay payız ömrümün bahar çiçəyi
Sənsiz bu zülmətin ayı tapılmaz.
Var
Bir sevdanın sonu vüsal deyilsə,
Həsrət adlı, zəhər dolu camı var.
Elə bilmə mənim ağzım bal dadıb,
Damağımda neçə dərdin tamı var.
Saf hisslərin nə küdrəti,nə kini
Çəkəmmirəm həsrətinin yükünü.
Ay könlümün bir ömürlük sakini,
Həyatımda səndən başqa hamı var.
Sənsiz keçən ömür, həsrət dənizi.
"Sən","mən" varıq,heç tapmadım ki,"bizi"
Saçlarımda sənsizliyin qar izi...
Necə deyim bu seginin kamı var?
Gəlmisən
Bacadan süzülən ay işiğıtək,
Süzülüb ruhuma qonaq gəlmisən.
Əvvəllər həsrətin öncə gələrdi,
Bu gün həsrətindən qabaq gəlmisən.
Özün dəlisosan, xəyalın kövrək,
Niyə belə pərişansan de görək?
Gözüm nuru, otur azca dərdləşək.
Niyə bir ayağı qaçaq gəlmisən?
Sən dönük çıxalı verdiyin sözə
Sevdamız ömürlük dərd oldu bizə.
O sönmüş ocağa, səngimiş közə,
Can verə bilmərik, nahaq gəlmisən.
Əzəldən tərs düşdük qismət sarıdan,
Sevdiksə də yarıtmadı yarıdan.
Artıq ömür çoxdan keçib yarıdan,
Yenə uşaq kimi qorxaq gəlmisən.
Elçin Şirinov
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-02-2021 17:22
Baxış sayı: 3806
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02