Reklam
"Pəncərəndən süzülən ay işığı olaydım..."- Fərid Muradzadə
04-02-2021 10:04
"...Sən yatanda gecələr Ruhum, xəyalım ilə
Gecənin qanadında
sənə qonaq gələydim..."
Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir:
***
Sən yatanda gecələr
Buludlar arasından
Oğrun-oğrun boylanıb
pəncərəndən süzülən
Ay işığı olaydım.
Süzülüb pəncərədən otağına dolaydım,
Sənin gül camalını vurğun-vurğun süzəydim.
Pənbə dodaqlarından
Doya-doya öpəydim.
Yastığın üstündəki
İlan kimi qıvrılan telini qoxlayaydım
Körpə uşaqlar kimi, əllərindən tutaydım...
Sən yatanda gecələr
Sənin yuxularına
Yuxusuz gözlərimlə keşik çəkəydim gülüm
Sən yatanda gecələr gəlib səndən xəbərsiz
Durub başının üstə sənə layla çalaydım.
Heç zaman yazılmayan
Heç zaman deyilməyən
heç zaman oxunmayan bütün şeirlərimi
Sənunçün oxuyaydım, ruhunu oxşayaydım.
Sən yatanda gecələr
Ruhum, xəyalım ilə
Gecənin qanadında
sənə qonaq gələydim.
Sən yatanda gecələr
Dan yeri ağarmamış azan səsi olaydım
Yayılıb dalğa-dalğa ruhuna toxunaydım.
Bir meh olub çöhrəndən,
Yanağından öpəydim
Səssiz gəldiyim kimi səssiz çıxıb gedəydim.
Sən yatanda gecələr.....
Fərid Muradzadə
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-02-2021 10:04
Baxış sayı: 3727Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























