Mən yaxşı bilirəm qaçqınlıq nədir, Mən yaxşı bilriəm köç nə deməkdir. Doğma qardaşın da himayəsinə Sığınıb yaşamaq heç nə deməkdir. Sücaət Bəşər övladı yaranandan bəri insanların başına çox bəlalar gəlmişdir. Təbii fəlakətlər, zəlzələlər, daşqın və sel aparmaları, sürüşmələr və s. nəticəsində insanlar öz doğulub boya-başa çatdıqları dədə-baba yurdunu, doğma evlərini tərk edib başqa ərazilərə köçməyə məcbur olmuş, özlərinə yeni yaşayış məskənləri salmış və həyatlarını davam etdirmişlər.

Xəbər verdiyimiz kimi Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Camal Qubad oğlu Qubadov adı çəkilən rayon ərazisində fəaliyyət göstərən bərbərxanada işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Bundan sonra sahə müvəkilli qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Daha sonra polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb. Hadisə cəmiyyətdə hiddətlə

Onun imzası təkcə Kəlbəcər ədəbi mühitində və mətbuatında tanınmır. Ümumiyyətlə, Azərbaycan mətbuatında onu tanımayan yoxdu yəqin ki. İstedadı, çalışqanlığı ilə yanaşı səmimiyyəti, kəlbəcərlilərə xas mehribanlığı, sadəliyi ilə də ətrafının sevgi və hörmətini qazanıb. Sözə sevgisi, sadiqliyi də vətənpərvərliyi, yurduna, el-obasına bağlılığı, canıyananlığı qədərdir. Məhsuldardır, qələmi həmişəyazardır. Bununla bərabər, məsuliyyətli və ağır bir işin, missiyanın öhdəsindən ustalıqla gəlir. Kəlbəcər

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi ilə bağlı Tarif Şurasına hələki müraciət olunmayıb. Dalidag.az xəbər verir ki, bu barədə pravda.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, "Bakı Metropoliteni"nin fəaliyyətinin bərpa olunması məsələsinə gediş haqqının aidiyyatı yoxdur və bu iddialar əsassızdır. "Bildiyimiz kimi, metro stansiyaları yeni tipli koronavirus infeksiyasının yayılmasının qarşısının alınması

Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov seçicilərlə növbəti qəbul keçirib. Dalidag.az xəbər verir ki, qəbulda əsasən, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Kəlbəcər rayonunda həyata keçiriləcək infrastruktur layihələrindən, əhalinin mümkün qədər qısa zamanda həmin ərazilərə qayıdışının təmin edilməsindən danışılıb. Millət vəkili A.Məmmədov bildirib ki, köçkün əhalinin daha tez müddətdə doğma torpaqlara qayıtması ölkə Prezidenti İlham Əliyevin iradəsidir: “Cənab

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ mövzusuna toxunub. Dalidag.az unikal.org-un Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə bildirir ki, Ərdoğan Türkiyənin hər zaman sərgilədiyi yanaşmadan danışıb. "Biz hər zaman zərər görənə qucaq açdıq, zalıma təslim olmadıq. Qarşılıq ödəmək lazım olanda ödədik. Amma heç bir zaman əyilmədik. Biz Suriyada, Liviyada bu yanaşmanı göstərdik. Biz Qarabağda da bunu etdik. Somalidə də, Fələstində də, Bosniyada da, Kiprdə də bunu etdik. Zaman oldu ki,

Fevralın 9-da Ermənistanın Baş prokuroru Artur Davtyan qarabağın dağlıq hiissəsinə səfər etdiyinə dair məlumat yayılıb. Ermənistanın kütləvi informasiya vasitələri məlumat verib ki, o, Xankəndinə gələrək separatçıların başçısı Araik Arutyunyanla görüşüb. Ancaq rəsmi olaraq belə bir görüşün olduğu barədə hər hansı açıqlama verilmədi. Bəzi erməni media orqanları bunu Bakının xəbərdarlığı ilə bağladı... Qeyd edək ki, hələ yanvarın əvvəlində Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın Qarabağa
Yazı axını