Reklam
Özü, nəfəsi, ruhu Kəlbəcər olan Məhəmməd Nərimanoğlu
18-02-2021 18:47
Onun imzası təkcə Kəlbəcər ədəbi mühitində və mətbuatında tanınmır. Ümumiyyətlə, Azərbaycan mətbuatında onu tanımayan yoxdu yəqin ki. İstedadı, çalışqanlığı ilə yanaşı səmimiyyəti, kəlbəcərlilərə xas mehribanlığı, sadəliyi ilə də ətrafının sevgi və hörmətini qazanıb. Sözə sevgisi, sadiqliyi də vətənpərvərliyi, yurduna, el-obasına bağlılığı, canıyananlığı qədərdir. Məhsuldardır, qələmi həmişəyazardır. Bununla bərabər, məsuliyyətli və ağır bir işin, missiyanın öhdəsindən ustalıqla gəlir. Kəlbəcər ədəbi mühitində elə bir imza tapılmaz ki, Məhəmməd Nərimanoğlu qələmi ilə təbliğ olunmasın. Nəinki ədəbi mühitdə, istənilən sahədə çalışan, Kəlbəcərin ictimai həyatında xüsusi əməyi olan kəlbəcərliləri unutmur və unudulmağa qoymur. Onunla məhz söz işığında tanış olmuşuq. Hələ o vaxt həmyerlilərinin ona böyük məhəbbət bəslədiyinin, iftixar hissi ilə yanaşdığının müşahidəçisi oldum. Gözlərindəki kədərin bir adı vardı- yurd həsrəti. Ürək yanğısı ilə qələmə aldığı yazılarına da yansıyan bu kədərə, həsrətə son qoyuldu artıq. 27 ildən artıq yağı əlində yağmalanan Kəlbəcər azadlığına qovuşdu. Deməli, minlərlə kəlbəcərli kimi Məhəmməd Nərimanoğlunun da diləkləri hasil oldu. Bu gün onun illərdir Kəlbəcərsiz sıralanan ömür yaşına bir yaş da əlavə olunur. Ancaq bu dəfə fərqli-azad Kəlbəcərin övladı kimi...
Dalidag.az olaraq, özü, nəfəsi, ruhu Kəlbəcər olan dəyərli Məhəmməd Nərimanoğlunu təbrik edir, yeni yaşının və gələcək illərinin ona uğur gətirməsini arzulayırıq. Tükənməyən təb, yorulmazlıq və Kəlbəcərdə kəlbəcərlilərdən yazmasını diləyirik.
Qeyd edək ki, Məhəmməd Nərimanoğlu 1957-ci il fevral ayının 18-də Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu, 1993-cü ildə Jurnalist Peşəkarlığı İnstitutunu bitirib, ixtisasca rejissor-jurnalistdir. Azərbaycan Elmlər Akademiyasının dissertantıdır. 1976-1978-ci illərdə keçmiş SSRİ-nin Krasnoyarsk vilayətində hərbi xidmətdə olub. 1980-1987-ci illərdə Kəlbəcər rayon mədəniyyət Şöbəsində və Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evində, 1993-cü ilin aprel ayınadək Kəlbəcərdə çıxan "Yenilik" qəzetində (korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri, məsul katib, 1993-95-ci illərdə "Respublika", 1995-2002-ci illədə "Yeni Azərbaycan" qəzetlərində məsul katib, sonralar "Gələcək", "7-ci qitə", "Yeni bəşər", "Ozan" qəzetlərinini redaktor və baş redaktor vəzifələrində çalışıb, 2002-ci ildən 2010-cu ilin aprel ayınadək "Vətən səsi" qəzetinin şöbə müdiri olub. Həmin tarixdən Milli Məclisin orqanı olan rəsmi dövlət qəzetində – "Azərbaycan"da çalışır. Ədəbi yaradıcılığa hələ orta məktəb illərindən başlayıb, dövri mətbuatda müxtəlif janrlarda çoxsaylı məqalələri dərc edilib. 1994-cü ildə ilk kitabı "Dağların sinə dağı" ("Azərbaycan" nəşriyyatı), 1995-ci ildə "Yurd göynərtisi" ("Azərbaycan" nəşriyyatı), 1996-cı ildə "Ümid işığı" ("Səda" nəşriyyatı), 1998-ci ildə "Dədə ocağı"("Gənclik" nəşriyyatı), "Qanlı köynəklər", "Qiyamətə qalan qisas", 2001-ci ildə "Kəlbəcər – Azərbaycanın qala qapısı", "Şərəfli ömürlərin işıqlı yolları" ("Təfəkkür" nəşriyyatı),2005-ci ildə "Kəlbəcər dünyası- yüz şairin bir kitabı", 2006-cı ildə "Kəlbəcər: sazın-sözün harayı", 2008-ci ildə "Astara Azərbaycanın cənub mirvarisidir", 2009-cu ildə "Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası", 2010-cu ildə "Kəlbəcər dünyası: folklor nümunələri", "Ağdaban faciələri" (beş dildə -azərbaycan, rus, ingilis, ərəb və fransız), "Kəlbəcər – təbii sərvətlər və möcüzələr diyarı" ("Adiloğlu" nəşriyyatı), 2011-ci ildə "Kəbədə möcüzə" kitabları nəşr ediib, "Heydər Əliyev: Kəlbəcərin sərvətləri zəngin, insanları fədakardır" və sair kitabları çapa hazırlanıb. Yüzlərlə kitabın naşiri və redaktorudur. Bir sözlə, 30-dək ədəbi-bədii kitabın müəllifi yüzlərlə müəllifin kitablarının redaktoru, "Yenilik Press" qəzetinin təsisçisidir. Avrasiya Senet Kültür ve Bilim Federasiyonunun, Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvüdür. Atası Sadıqov Nəriman Ələkbər oğlu 1924-cü ildə Kəlbəcərdə dünyaya gəlib, 1993-cü ildə erməni təcavüzünün qurbanı olub. Anası Sadıqova Güllər Məmməd qızı 1928-ci ildə Kəlbəcərdə anadan olub, 2005-ci ildə vəfat edib. 1998-ci ildə "Qəriblər ağısın oxuyan durna" və 2006-cı bldə "Orda açıb, burda solan bir güləm" şeirlər kitabları nəşr edilib. Ailəlidir, iki oğlu (Sənan Sadıqzadə və Kənan Nərimanlı) var. Sanan Sadıqzadə Azərbaycan Texniki Universitetini bitirib, hərbi mükəlləfiyyəti leytenantdır( ehtiyatda olan zabit ). Hal- hazırda "Azərbaycan Dəmir Yolu" ASC-də çalışır. Kənan Nəriman isə Azərbaycan Texnologiya Universitetinin bakalavr, Azərbaycan Dövlət Aqrar Universitetinin magistr pilləsini bitirb, hal- hazırda Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında mühasib vəzifəsində çalışır. Ailəlidir. Həyat yoldaşı Sadıqzadə Gülbəniz Vəli qızı mətbuat orqanlarında və istehsalat sahələrində çalışıb, hazırda evdar qadındır. 1993-cü ilin aprel ayından Kəlbəcər Ermənistan tərəfindən işğal edildiyi üçün ailəsi Bakı şəhərində məskunlaşıb.
Sevinc Qərib
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 18-02-2021 18:47
Baxış sayı: 3598
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23