Reklam
Aqil Məmmədov seçicilərlə qəbul keçirdi -ŞƏKİL
18-02-2021 11:35

Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov seçicilərlə növbəti qəbul keçirib.
Dalidag.az xəbər verir ki, qəbulda əsasən, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Kəlbəcər rayonunda həyata keçiriləcək infrastruktur layihələrindən, əhalinin mümkün qədər qısa zamanda həmin ərazilərə qayıdışının təmin edilməsindən danışılıb.
Millət vəkili A.Məmmədov bildirib ki, köçkün əhalinin daha tez müddətdə doğma torpaqlara qayıtması ölkə Prezidenti İlham Əliyevin iradəsidir: “Cənab Prezidentin göstərişləri də bu istiqamətdədir ki, qayıdış proqramı daha tez reallaşsın. Ərazilərin minalardan təmizlənməsi üzrə qurumun yenidən formalaşdırılması, Dirçəliş Fondunun yaradılması, 2021-ci il dövlət büdcəsindən bərpa işlərinə böyük məbləğdə vəsaitin ayrılması da bu məqsədə xidmət edir”.
Seçiciləri narahat edən məsələlər fərdi qaydada dinlənilib, hər bir müraciətlə bağlı müvafiq tədbirlərin görüləcəyi nəzərə çatdırılıb.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 18-02-2021 11:35
Baxış sayı: 3462Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























